594 avroya 11 günlük Avropa gəzintisi

Vaxtınız xeyir!

Avropanı görmək, gəzmək əksər gənclərin arzusudur. Və tanıdığım gənclərin çoxunun ən azı bir favorit Avropa ölkəsi var, bəzən hətta bir neçə. Amma əksəriyyət Avropaya gedib istirahət edib gəzməkdən çəkinir, təbii ki maddi vəziyyətlə əlaqədar olaraq və kənardan mürəkkəb görünən viza proseduru ilə. Amma heç də hər şey göründüyü kimi qorxulu deyil. Bu yazıda Avropaya getməyin, istirahətin və şengen zona ölkələrində gəzməyin ən uçuz yollarını göstərməyə çalışacam və öz təcrübəmi bölüşəcəm.

Başlayaq marşrutdan.

Əvvəlcə hansı ölkəyə (şəhərə)və ya ölkələrə (şəhərlərə) gedəcəyinizi dəqiqləşdirin. Əgər avtobus/qatarla gedəcəksinizsə çalışın ki şəhərlər arasındakı məsafə 300 km-dən çox olmasın ki, yol yorğunu olmayasınız. Hər şəhərdə ən azı iki bütöv gün qalın ki, ən əsəs yerləri gəzə biləsiniz. Maraqlı yerlərin siyahısını və sınanmış turist marşrutlarını tripadvisor.com saytından öyrənə bilərsiniz, həmçinin saytın aplikasiyasını smartfonunuza yükləyə bilərsiniz. Aplikasiyalar hər şəhər üzrə ayrıca da mövcuddur, çox lazımlı ləvazimatdır.

VİZA.

Avropa Birliyinə üzv əksər ölkələr şengen razılaşması imzalayıblar və həmin ölkələr arasında gömrük-keçid məntəqələri yoxdur. Yəni  şüngen vizası almaqla bu ölkələrdə sərbəst gəzə bilərsiniz (şengen haqqında ətraflı: http://goo.gl/PWxhr9). Viza rüsumu 60 avrodur. Standart sənədlər paketi mövcuddur, amma bəzi səfirliklər otel və aviabilet məsələsinə fərqli yanaşırlar. Sənədlərin isyahısını isə daha ətraflı məlumatı səfirliklərdən öyrənmək olar.

NƏQLİYYAT.

Bakıdan Avropaya hazırda ən ucuz biletləri WizzAir şirkətinin rəsmi veb səhifəsi wizzair.com saytından almaq olar. Mövsümdən və tarixdən asılı olaraq Budapeştə (Macarıstan) iki tərəfli bilet 80 avrodan başlayır. Bu qiymətə baqaj daxil deyil. Baqaj ayrıca alınır. WizzAir vasitəsi ilə Avropada aşağı qiymətə çoxlu uçuşlar etmək olar. Bəzən aviabiletlər avtobus/qatardan daha ucuz olur. Avropada uçmaq üçün digər low-cost (aşağı qiymətli) aviaşirkətlər: easyjet.com, ryanair.com, jetblue.com. Yaxın şəhərlərə qatar və avtobusla getmək olar. Biletləri online-internet üzərindən də almaq mümkündür. Avtobus gediş qiymətəri və bilet almaq üçün bu saytlara baxın: www.elines.cz/en, www.studentagency.eu, www.carpooling.co.uk. Həmçinin də blablacar.com saytı vasitəsi ilə eyni marşrutla gedən bir “yol maşını” ilə gedə bilərsiniz. Bu sürücülər adətən avtobus və qatardan daha ucuz aparıralar.

OTEL/HOSTEL.

Otel və hostel tapmaq üçün ən uyğun sayt booking.com saytıdır. Həmçinin də hostelworld.com saytından da hostel bron edə bilərsiniz. Əgər hosteldə qalacağsınızda Bakıdan özünüzlə 1 manatlıq qıfıl alın, mütləq lazım olacaq 🙂 Hostel/otel seçimində diqqətli olun, şərhləri oxuyun, yerləşməsinə diqqət edin. Misal üçün şəhər kənarında olan yerdə qalmayın, çünki mərkəzə gəlmək üçün pul xərcləməli olacaqsınız. Avropada isə ictimai nəqliyyat ucuz deyil.

QİDALANMA.

Qidalanma haqqında mən konkret qiymət yazmadım, çünki bu hər kəsdə fərqli ola bilər və fərqli xərclər çəkilə bilər. Onu qeyd etmək istəyirəm ki, ekonomik səyahət etmək istəyirsinizsə yeməyinisi mağazadan ala bilərsiniz. Ərzaq Avropada baha deyil. Amma restoran/kafelərdə xidmət bahadır. McDonalds, KFC, Burgerking, Subway kimi fast-food kafelər isə Bakı ilə eyni qiymətədir, bəzən menyu qiymətləri daha ucuzdur.

Mənim Avropa turum, marşrut və xərclər.

Budapeşt-Vyana-Praqa-Münhen-Zürih-Lugano-Milan-Barselona-Budapeşt

88.77€  Bakı – Budapeşt – Bakı (təyyarə) 42€  Budapeşt – Golden Park Hotel (2 gecə)
29€  Budapest -Vyana (qatar) 19€  Vyana –  Wombats City Hostel (1 gecə)
22€  Vyana – Praqa (avtobus) 15€  Praqa – Hostel HOMEr (1 gecə)
24€  Prague-Münhen (qatar) 18€  Praqa – Hostel Modrá (1 gecə)
15€  Münhen  – Zürih (avtobus) 38€  Münhen – Jaeger’s Munich (2 gecə)
52€  Zürih – Lugano (qatar) 38€  Barselona – St Christopher’s Inn (2 gecə)
25€  Lugano – Milan (qatar)  60€ visa
37.12€  Milan – Barcelona (təyyarə)  10€ sığorta
33.39€ Barcelona – Budapest (təyyarə)  27,5€  baqaj
Cəmi: 2526 km  11 gün / 593.78 avro

Tövsiyyə edirəm, nə qədər imkanınız, vaxtınız, enerjiniz varsa səyahət edin. Uduzmayacaqsınız.

Budapeşt
Budapeşt
Vyana
Vyana
Münhen
Münhen
Barselona
Barselona
Lugano
Lugano
Zürih
Zürih
Praqa
Praqa

Sualınız varsa şərhlər bölümündə yaza bilərsiniz.

OXUYUN, PAYLAŞIN 🙂

Advertisements

50 thoughts on “594 avroya 11 günlük Avropa gəzintisi

  1. Azər yazı üçün təşəkkürlər. Elə bugün sənədlərimi Macar səfirliyinə vermək üçün ora getmişdim. Qarşısındakı növbə, sənədləri vermək üçün alınan “bilet”in özünün qəliz proseduru qorxuya saldı məni. Nəysə yəqin yenə cəhd edərəm, bu dəfə olmadı.
    Amma bir söz dedilər orda, gərək təyyarə biletimi, hotel-i tam olaraq pulunu ödəyim, yoxsa qəbul etməyəcəklər sənədlərimi. Mən bu dəfə reservasiya etmişdim, pul ödəməmişdim. Bu doğrdur? Səndə necə olmurşdu?

    1. Teşekkürler oxuduğunuz üçün. Beli, Macaristan sefirliyi bileti ödenilmiş halda qebul edir, hemçinin de otelin de ödenişi olunması haqqinda sened isteyir. Diger teleb olunan senedler de qaydasindadirsa demek olar ki vizaniz hazirdir. Men oteli ve bileti tam odemishdim. Bu haqada melumat sefirliyin qebul şöbesinin qapısında, sağda elanlar lövhesinde teqdim olunur.

  2. Macarıstan Səfirliyi təyyarə biletini almadığıma, sadəcə bron etdiyimə görə mənə viza verməkdən imtina etdi. Amma mən yenə də müraciət edəcəm, və mütləq sənin məsləhətlərinə əməl edəcəm 😉
    Təşəkkür edirəm, maraqlı idi. Xüsusən də sonda verdiyin Price List 🙂

  3. Elə bizdə uşaqlarnan bunu planlaşdırırdıq . Lap yerinə düşdü bu yazınız . Çox sağolun . Sualım o dur ki, vizə sənədləşməsində hər şey yerində olsa yəni bilet , qalmaq ola bilər ki imtina etsinlər viza verməkdən bir də neçə günə verirlər vizanı? Diqqətiniz üçün çox sağolun.

  4. Salam. Yazı üçün teşekkürler.
    bilmek isterdim ki, bu qiymete bu turu hansısa teşilat teşkil edirmi? Pulu ödeyib, gedesen sadece. Cavabın yazardınız zehmet olmasa.

    1. Salam, qiymetler haqqinda maraqlanirsinizsa turizm.az saytina daxil olun, elaqe nomrelerine zeng edin, Ulfana xanimla danishin. Qiymet ferqli ola biler, bele ki turagentlik oz xidmethaqqini da elave edecek.

  5. Salam, siz verdiyiniz saytlarin hec birinde bakiya ve bakidan ucushlar yoxdur. hetda shiyahida azerbaycan bele yoxdur orda 😦 (sohbet bu web sehifelerden gedir: easyjet.com, ryanair.com, jetblue.com.)

  6. Salamlar. Men de ele oktyabrda budapeste getmek isteyirdm. Amma esitmisemki macaristan sefirliyi vizani cetin verir. Bileti ve oteli onceden aliriq. İstenilen butun senedleri de yerindedi, amma yene de tereddud icindeyem viza verilmeye bilermi. Birinci defe sengen alacam. Bu bir dezavantaj ola bilermi? Bu qeder xerc, sora viza olmasa.. 😦

      1. Derhal cavab yazdiginiz ucun tesekkurler 🙂 umumilikde nece gun cekir viza almaq? Men okty 11ne getmek isteyirem, bu ay 15de falan senedleri versem yeterlidimi?

  7. Salam Azer bey.bir shey sorushum,siz viza alanda butun bu marshrutun (otelleri.qatar,avtobus.teyyare) hamisini sefirliye teqdim etmishdiz? yani hamisinin pulunu odemishdiz? teshekkurler

  8. Salam Azer.bu maraqli yaziniz ucun cox sagolun.bize aydin melumat verdiyiniz ucun de cox sagolun!biz yoldasimla iyun ayinda macaristana seyahet etmek,ordan da bir nece Avropa olkesini gezmek isteyirik.yoldasim bir defe Yunanistana viza ucun muraciet edende viza alinib amma sora levg olunub..bu bizim ucun problem olar?cunki sizin de dediyiniz kimi gerek otel pulu odenilsin ve teyyare bileti alinmis olsun!onda da viza verilmese pul batmis olacaq.demek istediyim oduki bir defe vizasi levg olunub.indi problem olar mi bizim ucun? 😦 amma evlendikden sonra xarixi parportlari deyismisik..eyni zamanda sexsiyyet vesiqelerini de..cavablandirsaniz cox sevinerik..😊

    1. Salam,

      Macarıstan səfirliyindən başqa digər səfirliklərdə mənim məlumatıma görə biletin yalnız bronu tələb olunur. Sizin məsələyə gəldikdə isə onu yaxşı olardı ki, müvafiq səfirlikdən soruşasınız. Uğurlar.

  9. salam. men bilmek isteyirdim ki, sefirlikde teleb edilen “seyahet plani” nece teqdim olunur? shifahi demelisen bunu yoxsa haralara gedeceyini yazili formada, plan sheklinde teqdim etmelisen?

  10. cox gozel melumatlara gore .menimde size bir sualim var.mende hazirlasiram Avropa turuna ,bir nece olkeleri qeyd etmisem hansiki viza istemir .ama bir olkeden kecmeli olacam oda Turkiyeden – Yunanistana .Yunanistan viza teleb edir .men shengen vizasi alib ordan bezi shengen olkelerine gede bilerem ?hal hazirda baxiram sen Macaristan vizasi alib bezi shengen olkelerinden kecmisen hansiki vizali olkelerdi .uzun sozun qisasi bir shengen vizasi alib Yunanistandan avropaya girmek olar ??)

  11. salam azer bey sizd bir sualim var deyirler sin zamanlar vizaya macar sefirliyi otkaz verir sebeb ise bildirmirler.men yoldasimla butun lazimi olan senedleri vermisem oteli bileti bele qabaqcadan almisam amma hele pasportlarimi olardadi ola bilerkii itkaz gelsin amma her bir weyi bir bir yoxlayib qebul edibler sefirlik iscileri

  12. salam Azer bey,
    Macaristanda 3 gun qalacam sonraki 4 gunu ise bahsqa olkelerde. Siz gederken qalacaginiz diger olkelerdeki otel (hostel) bronlarini da gostermishdiniz sefirliye yoxsa ancaq Macaristandaki otelin bronu?
    Onceden teshekkurler 🙂

      1. Macar sefirliyine muraciet edecem. Sadece hostel yoxsa otel bron edim onu mueyyenleshdire bilmirem. Hostel bron etmeyi problem ederler deye qorxuram. teyyare biletini de almisham. Bundan evvel Polsha sefirliyinden shengen vizam olub. Otele elave pulum cixsin istemirem. Hostel ucuzdur mene serf edir.

  13. salam necesiz.coox sagolin melumatlara gore.ama menim bir sualim olacaq size zehmet olmasa cavab vererdizdee.menim iki ovladim var ve yoldawimla birlokde macaristana seyahete gedmek iateyirik.bize ne senedler lazimdi.ve neqeder pul?deqiq yazonda zehmet olmasa.cox sagolun.ugurlar sizede.

  14. salam.zehmete olmasa melumati olan varsa komeklik etsin de mene, Budapest de hansi hostel tapa bilerem ki mene mohur ve imzali confirmation gondersin cunki bu sefirliyin telebidi…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma