Maraqlı səyahət hadisələri

travel-stories

Beynəlxalq Turizm Günündə hamını salamlayıram! 🙂
Adından da bəlli olduğu kimi, bu günki bloq səyahət boyu insanların başına gəlmiş real hadisələrlə dolu olacaq. Hər bir hadisə fərdidir və konkret şəxsin dilindən nəql olunub. Hadisələr çox olduğu üçün bir neçə bloq olacaq. Maraqlı, gülməli tarixçələr var, axıra kimi oxumağı tövsiyyə edirəm. Oxuyun, bəyəndinizsə paylaşın, hamı oxusun 🙂

Elvin:

Deməli 2012-ci ildə qişda dostumla getmişdik İstanbula Fenerin oyununa. Oyun elə vaxtda qurtardi ki, Şükrü Saracoğlu stadionundan  çıxmağımız, iskeleyə gəlməyimiz vaxt aldı,gəlib çatdiq ki, Kadiköy – Eminönü vapuru işləmir, Kadiköy – Beşiktaş sonuncu səfərdi,mindik buna,bir türk bizim azərbaycanlı olduğumuzu anladı, gəldi oturdu,nəəm məmləkət məsələlərindeə,bura gelişimizin səbəbin filan dedik,ortada səhvən dedim ki, bizdə 3 günlük gelmişik ama uje 5 gündür burdayıq. Bu ele başa düşüb ki, bizim pulumuz yoxdur, Beşiktaşda düşdük,dedi yox e sizi buraxa bilmərəm, davay minin taksiyə,and aman edirdik ki, gedərik də özümüz,dedi yox e siz qardaş ölkədənsiniz, sizi özüm yolçu edəcəm, ne isə bu da mindi bizlə taksiye,Eminönündə üst keçidin yanında saxladı,şoferə 16 tl bizə də 40 tl pul verdi ki, (biz də and aman eliyirik ki a kişi lazım deyil) götürün xercliyersiniz,  bizi də özü yola saldı getdi)) durduq yerdə kişi 60 tl-30 azn xercə düşdü 🙂

Gülnar:

Salzburgdan Stuttgarta gedirdim qatarla,gecə saat 2-də idi qatarım. Stansiyada bir ukraynalı “işbaz” menə nə qədər “ilişmək” istəsə də alınmadı,məcbur qalıb öncə mühafizəyə, sonra da onların vasitəsilə polisə dərdimi anlatdım. O adamı saxlayandan sonra men qatara mindim ve yola davam. Mindiyim qatar ashagi səviyyəli olduğu üçün catering servisi yox idi, özüm də ölürdüm acından. Yanımda bir macar ailə gedirdi ər-arvad. Qız ingiliscə heç bilmirdi,əri də ortabat danışırdı. Ölürdüm acından. Yoldaşından soruşdum ki, bilmirsiniz hostessler gələcək? Oğlan dedi ki, inanmıram bu qatara gəlsinlər. Bir azdan nəsə dedi qıza,qız çantasından bir buterbrot çıxartdı mənə uzatdı. Elə utandım, amma çox da ac idim. Oğlan dedi ki, narahat olma,biz yemişik. Həm götür bir buterbrotu,Fransadan gelirik,bacim yol üçün bizə hazırlamışdı bir neçəsini. Səhər onlarla eləcə ayrıldiq və hərə öz yoluna. Həmişə düşünürdüm ki, ondan sonra,ortaq danışdığımız dilimiz olmasa da o xanım mənə özünün son tikəsini verdi. Nə adını bildim, nə də əlaqə vasitələrini götürdüm. Həmişə onlara dua edirəm.

Fuad:

Milanda 1 saat bir ərəb ömrümü-günümü xarab elədi ki, sən ərəbsən niyə danırsan bunu, mənlə ərəbcə danış ))

Türkan:

Niderlandda qatarda yatıb qalmışdım, qatar geri qayıtmışdı. Təyyarəmə çata bilmirdim. Qatar meneceri mənə taksi tutdu (çünki gecə qatar işləmir) gecə 3-də, 3 saatlıq yol. Amma taksiyə hecnə ödəmədim. O kişi üçün hələ də dua edirəm. Tek oralarda gecə vaxtı nə edərdim, bilmirəm. Adi Onno idi. Nömrəmi götürmüşdü taksiyə vermək üçün. Bakiya qayidanda sms gəldi. Həmin kiəş idi. Salamat çatmağımı öyrənirdi. Necə yaxşi insanlar var  onu heç unutmaram.

Ruslan:

Bir dəfə İstanbulda hava limanında ağlayan yaşlı özbək xanım gördüm. Rusca pis danışırdı, amma nə dediyini təxminən anlamaq olurdu. Türkiyədən mal alıb Özbekistanda satırdı. Pulu az idi, uçuşunu qaçırtmışdı. Çox məyus idi. Hava limanı əməkdaşlarıyla ünsiyyətə girə bilmirdi. Nəisə, mənden pul istədi, səmimiyyətinə inandım ona pul verdim. Qızıyla da elaqe qurmağa çalışdıq, amma alınmadı. O xanım tez-tez yadıma düşür. Göresen axırı noldu?

Fərid,

Norveçdə tələbə olarkən yataqxanada qalırdım. Qaldığım yataqxanada hərənin öz otağı olmaqla 3 ev yoldaşı var idi (flatmate). Beleki, hər 4 nəfərə 1 ortaq mətbəx, hamam və tualet var idi. Çoxlarına məlumdur ki, avropalılar tualetde sudan istifadə etmirlər və onlarının çoxlarının heç xəbəbəri də yoxdur ki, orada sudan istifadə edən insanlar var. Bunun üçün də orada tualetlərdə aftafa və ya bu məqsədlə quraşdırılmış su kranına rast gəlinmir. Hətta ele adam görmüşəm ki Azərbaycandan oxumağa gedəndə özü ilə aftafa aparır və ya oradan sifariş verir ki, kimsə burdan onun üçün aparsın. Aftafa olmayanda isə bunun alternativi su və ya sok butulkalarıdır. Elə məhz bununla bağlı mənim başıma maraqli hadisə gəlib. Mən özüm də su butulkasından istifadə edirdim. Bir dəfə gördüm ki, butulkanı tualetdən kimsə götürüb. Hamamda axtardım tapa bilmədim sonra həmin butulkanı zibil qabında gördüm və başa düşdüm ki evde olan yoldaşlardan biri atıb ora. Həmin butulkadan eynisini yeniden tualtə qoydum sabahi gün yenə onu zibil qabına atmışdılar. Amma bilmirdim ki, onu kim ora atıb. Və bir neçə gündən sonra mənimlə üzbə-üz olan otaqda qalan norvecli qızın hamamdan cıxdığını gördüm. Bu təəccüblü deyildi təəccüüblü olan o idiki onun əlində mənim butulkam var idi. Qiz eləki zibil qabina doğru istiqamət almışdı onun dayandırdım və soruşdum ki, bunu niyə atırsan. Bu vaxt o cox təəccüblü şəkildə mənə baxdı və duruxdu. Mən yenə sual verdim ki onu niyə atırsan, o mənimdi(onun reaksiyasına içimdə cox gülməyim gəlirdi). Bu vaxt o maraqlı şəkildə mənə ingiliscə dedi ki- “what is a point of bottle in the bathroom”-yəni butulkanın tualetdə olmağının nə mənası var Təbii ki onun xəbəri yox idi ki, bu nəyə görə ola bilər ))) Mən isə açıq şəkildə deyə bilməzdim. Buna görə də dedim ki bu mənə aiddir və butulkanın orada olmağı mənim üçün çox vacibdir. Və dedim ki, bunu detallı müzakirə edə bilmərəm. Ondan sonra apardı yerinə qoydu və sorry deyərək üzrxahlıq etdi. Mənsə buna baxıb gülməkdən nəfəsim kəsilib. Nəyə görə gülürsən deyəndə isə bir gün o butulkanın niyə orda olduğunu yəqin ki biləcəksən dedim

Emil:

Norveçdə təxminən gecə saat 3də otelə qayırdırdım, həftəsonu idi. Qarşıdan iki qız və bir oğlan gedirdi, birdən qızların birinin qızıl boyunbağı düşdü xəbərləri olmadan yollarına davam etdilər. Mən onu görüb tez götürdüm və arxalarınca səsləməyə başladım, onlar isə içkili olduğumu düşünüb qorxub qaçdılar  əməllicə bunları qovaladım, bir təhər yanlarına çatdım, çox qorxdular, boyunbağını bunlara verməkçün bu qədər qaçdığımı biləndə üzlərindəki həyəcan, sevinc və minnətdarlıq hissini görməli idiz

 

Advertisements

2 thoughts on “Maraqlı səyahət hadisələri

  1. Hami si maraqlidi)ama Feridin temasina xeyli Bildim)menim de bashima gelib Moskvada)mende piyve butulkasi idi)otagi yigishdiran xala her gun atirdi)heyf gorub basha s ala bilmirdim)Ishde olurdum.Ele basha dushub ki,piyve icmeye. en sevimli yerim oradi)ahhh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma