Maraqlı səyahət hadisələri 2

travel-wallpaper-1680x1260

Qəmər

Parisdən Bakıya qayıdarkən təyyarəmə gecikmişəm. 18 yashim var idi, tək qaldım aeroportda, pulum da az idi.İşçilər kömək etmək istəyirdilər, mən də düz yarım saat danişa bilmədim, ağlayırdım :). Sonra situasiyanı başa saldım onlara. Montenegro hava yollarından bir yaşlı kişi dedi ki, AZAL-ın ofisinin harada yerləşdiyini bilir. Maşınıyla apardı məni aeroportdan düz Parisin mərkezinə. Yaxşi adam idi, sağ olsun, kömək elədi, hətta stressdən maşında yuxuya getdim və ofisə çatanda ancaq məni oyatdi,  bax belə 🙂 Amma nə email-i nə telefonu var məndə, heyf

Yaşar

5 ya 6 il bundan qabaq Kölndə kursdan çıxıb, qatarla evə qayıdırdım. Sonuncu stansiyada düşdüm. Qatardan təqribən 20 m aralaşmışdım ki, əlimi cibimə atdım, telefonum yoxdur. Qaça-qaça geri qayıdıb, vaqona minib, telefonumu axtarmağa başladım, amma tapmadım. Sonra qatar sürücüsü gəldi. Telefonumun itdiyini dedim. Tapmayınca, peşman qatarı tərk etdim. Bir az aralaşmışdım ki, qatar sürücüsü məni çağırmağa başladı. Yaxınlaşdım. Soruşdu ki, itirdiyin telefonun markası nədir? Dedim, Sony Ericcson. Ondan sonra telefonumu mənə verdi. Elə yaxşı adamları illər keçsə də, unutmaq olmur.

İlkin

Sonuncu səfərimdə New Yorkdan Londona, ordan da Bakıya uçmalı idim, əslində 1 saat yarım vaxtım qalmalı idi digər uçuşum üçün, tərslikdən NY-dan 1 saat gec uçduq, Londona düşəndə artıq 45 dəqiqə vaxtım qalmışdı, normalda terminala dayanan teyyare yer olmadığindan aralı dayandi avtobus gecikdi 10 deqiqəyə gəldi, düşəndə qaça-qaça gəldim ki, güya 5-ci terminaldan birə gələm, gördüm yazılıb hər 8 dəqiqədən bir və 14 dəqiqə 1-ci terminala qədər vaxtdır, nəysə ki, avtobus gəldi mən də həyəcandan partlayıram ki, yubanacam, avtobus gəldi uçuşuma 15 dəqiqə qalmışdı, həyatımda qacmadığım kimi qaçib uçuşa 10 dəqiqə qalmiş çatdım təyyarəmə, içəri girəndə qan-tərin içində idim, hostess belə qorxdular ki, menə nesə olar , tez su verdilər, yerleşdirdilər, çatdım Bakıya , baqajda sözsüz gəlmədi, amma Londona qədər 8 saat uçuşuma hədsiz narahatlıq keçirdim ki, çatmayacam, amma çox sükür vaxtında Bakıya catdım 🙂

Ramid

Hal – hazırda yoldayam. Bir әsgәr qardaşla yol yoldaşıyam. Yanımda әylәşib. Hәrbi xidmәti bitirib evinə gedir  Özünü narahat hiss edirdi. Bir az söhbәtlәşdik. Paylaşmaq gözәldi düşünüb telefonumu verdim mahnıya qulaq assın, oyun oynasın. Elә sevindiki ) Danışmaqla arası yoxdu demek olar. Nәyisә mahnıya qulaq asırdı. Mәn soruşdum ki, nә verirlәr yemeye falan…Perlova görmәmisәn falan soruşdu. Dedim yox әsgәr getmәmişәm. Uzun sözün qısası 5dәqiqә keçdi gördüm mәnә nәsә demәk istәyir. Ele bildim telefon kilidlәnib. Yaxınlaşdım qusdu üstümә, özüdә perlova) … Uşaq deyirmiş ki, avtobusa de saxlasın. Allah qorusun sayәsindә perlovanıda gördük)

Murad

İsveçrəli bir kişi ilş tanış olmuşdum Kişinyovdan İstanbula uçanda. Gözləmə zalında tanış olduq, təyyarəyə gedən avtobusda dost olduq, təyyarədə brat olduq, amma düşəndə qırdım yazığı. Makromilyoner idi adam… helə de özümü bağışlaya bilmirəm o səhvə görə :)))

Elçin

Malayziyada tehsil aldigim zamanlarda universitetin yataqxanasi universitetin etrafinda yerleshirdi. Umumilikde universitet kampusla birlikde meshe, daha deqiq desek jungli ile ehatelenmishdi. Baxmayaraq ki, oradan sheher merkezi ve metroya birbasha avtobuslar gedirdi. Junglide bir cox heyvanlar var idi, xususen de meymunlar cox idi. Sakit vaxtlarda telebe yataqxanasina yaxinlashirdilar. Onlari etrafda cox gormushdum. Qaldigim bina demek olar ki sonuncu idi ve junglidien ayiran setka ceper ile texmine 2-3 metr mesefede idi.Bir defe dersden gelende qaldigim binanin heteinde 5-6 balaca meymunun gezdiyini gordum. Tez telefonu cixardib shekillerini cekmek istedim. Meymunlar meni gorub meshe teref qacmaga bashladilar, men ise onlara teref ireliledim. Bu balaca meymunlar agaclara tullanib meshenin sixliginda gozden itdiler.men ise elimde telefonun kamerasi aciq veziyyetde yerimde durmushdum. Ele hemin an agaclarin arasinda budaqlarin sesini eshitdim ve bu anda digerlerine nisbetde kifayet qeder boyuk meymun yaxindaki budagin ustune tullandi ve mene baxmaga bashladi.duzunu desem mene hucum edeceyinden qorxdum. Telefonda nece geldi bir shekil cekdim ve asta-asta geri cekildim. Meymun mene baxa-baxa oturmushdu. Blokumun girishe yaxinlashanda tez iceri daxil olub otagima qacdim))(meymun vehsi oldugundan her an hucum edib dishleye biler:))))bax bele…

Malayziyada bir turk dostum var idi. Bir defe derse gedende penceresini aciq qoymushdu.gelende gordu ki, meymunlar aciq pencereden iceri daxil olub otagini pis veziyyete saliblar.maraqlisi da odur ki, en cox sac ucun gelinden istifade etmishdiler)))

Toğrul

İstanbulda ara kucede sivil polisler saxlayib emellice ustumde axtarish eleyibler. Narkotik axtarirdilar. Hec shupelenmediyim bomj mene polis vesiqesi gosterdi

Monacoda shekil cekdiren bir xanimin yanindan kecende yoldashlar azerbaycanca komplimetnler dedi xanima men de shekil cekdireni rus hesab edib rusca uzr istedim xanim dedi ki: hesh zad olmaz (lehce ile)

Advertisements

2 thoughts on “Maraqlı səyahət hadisələri 2

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma