Mobile World Congress Barcelona

Salam dostlar,

Bu yaxınlarda (2-5 mart) Bakcell şirkətinin dəstəyi ilə Barselona şəhərində keçirilən Dünya Mobil Kongresində iştirak etdim. Olduqca maraqlı bir tədbir idi. Tədbirdə çəkdiyim videoların linkini yazının altında yerləşdirəcəm. Kongres haqqında bəzi statistik məlumatları nəzərinizə çatdırmaq istəyirəm. Ümumilikdə 9 sərgi salonu, 2100 sərgi iştirakçısı və 200 ölkədən 93 min ziyatətçi vardı. Microsoft, SONY, Huawei, Samsung və s. mobil texnologiya nəhəngləri böyük stendlərdə təmsil olunurdular. Sərgi ziyarətçisi kimi ən sadə girişin qiyməti 750 avro idi. Kongresdə sərgi ilə bərəbər konfranslar, seminarlar və digər tədbirlər də keçirildi. Konfranslarda Mark Zuckerberg (Facebook), Ken Hu (Huawei), Brian Krzanich (Intel) kimi şirkət direktor və sahibləri çıxış edirdilər. Bütün şirkətlər öz yeniliklərini göstərməyə, funksionallıqlarını nümayiş etdirməyə çalışırdılar. Yadda qalan təqdimetmələrdən Samsung Galaxy S6, HTC ONE M9, Sony M4 Aqua, Nokia N1 oldu. Bir də kongresin təşkilarçılığında, məlumatların oxunmasında NFC sistemindən geniş istifadə olunurdu. Aşağıdakı linkdən sərgidə çəkdiyim videolara baxa bilərsiniz:

qeyd: videoların hamısı GoPro Hero 4 silver kamerası ilə çəkilib.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma