Ucuz aviabiletlər

flights_10

Bu yaxınlarda Macarıstan mətbuatına istinadən öyrəndik ki, WizzAir şirkəti Bakıdan uçuşları bərpa etməyəcək. Buna səbəb Bakı aeroportunun aeroport xərclərinin qiymətini qaldırması olub. Çoxlu sayda bilet, viza, otel almış (gecələmək üçün ödəniş etmiş) turistlərin planları alt-üst oldu. Hər halda milli aviadaşıyıcı AZAL-ın qiymətləri aşağı büdcəli turistləri qane etmədiyindən daha ucuz qiymətə reyslər edəcək WizzAir daha məşhur idi.  Bu yazıda Bakıdan və qonşu Gürcüstandan Avropa, Türkiyə və MDB ölkələrinə ucuz aviabiletlər üçün linlər və tövsiyyələr olacaq.

Əvvəlcə başlayaq BAKI aeroportundan.

Ukraine International Airlines şirkəti Bakıdan Avropanın çoxlu ölkəsinə (Kiyev üzərindən) uçuşlar edir. Misal üçün aprel-may aylarında 250-350 avro arası Bakı-Paris-Bakı, Bakı-Amsterdam-Bakı, Bakı-Barselona-Bakı, Bakı-Berlin-Bakı və s. biletlərini ala bilərsiniz. Həmçinin 500-600 avro arası Bakı-Nyu-York-Bakı biletini də almaq mümkündür. Biletləri onlayn olaraq http://www.flyuia.com/ əldə etmək olar. Özüm şəxsən bu saytdan almışam və heç bir çətinlik yaranmayıb.

TİFLİS aeroportundan.

Türkiyəyə tez-tez gedib-gələnlər üçün Tiflis daha əlverişlidir. Misal üçün “AtlasGlobal  (ex. Atlasjet)” şirkəti ilə Tiflis-İstanbul (Atatürk)-Tiflis biletini cəmi 109 avroya almaq olar və ya “Pegasus” şirkətindən Tiflis-İstanbul (Sabiha Gökçen)-Tiflis biletini 80 avrodan başlayan qiymətlə almaq olar. “FlyDubai” şirkəti ilə Tiflis-Dubay-Tiflis biletini 160 avrodan başlayan qiymətlə almaq olar.  “Alitalia” şirkəti ilə isə Tiflis-Milan-Tiflis biletini 190 avrodan başlayan qiymətlərlə almaq olar. Qeyd olunan qiymətlər Bakı ilə müqayisədə ən azı iki dəfə ucuzdur və 2-3 nəfərlik ailə səyahət edəndə ailə büdcəsinə kifayət qədər qənaet etmiş olur. Bundan əlavə Tiflis-Kiyev-Tiflis biletini “Ukraine International Airlines” şirkətindən 150 avrodan başlayan qiymətlə almaq olar, Bakıdan uçuşla bu bilet 350-400 avro arası dəyişir. “Pegasus” və “AtlasGlobal  (ex. Atlasjet)” şirkətləri ilə Tiflisdən (İstanbul üzərindən) Avropanın bütün nöqtələrinə aşağı qiymətə uça bilərsiniz. Saytları aşağıdan yerləşdirirəm:

Pegasus  – http://flypgs.com/

AtlasGlobal  (ex. Atlasjet) – http://www.atlasglb.com/

FlyDubai – http://flydubai.com/

Alitalia – http://www.alitalia.com/

Bakıdan Tiflisə 12 AZN ödəməklə avtobusla 8-9 saata getmək olar və ya 8-10 AZN ödəməklə Bakıdan Qırmızı Körpüyə (sərhəd) və Qırmızı Körpüdən 30-40 lari (15-19 AZN) ödəməklə taksi ilə Tiflis aeroportuna getmək olar.

KUTAİSİ (Gürcüstan) aeroportundan.

“WizzAir” şirkəti artıq bir necə ildir ki, Tiflisdən 180 km aralıda yerləşən Kutaisi şəhərindən Avropa və Ukraynaya uçuşlar edir, Avropa şəhərlərindən Budapeşt, Varşava, Vilnus və Katovise (Polşa), Ukraynada isə Kiyevə. Biletlər bir tərəfə (one way) 39 avrodan başlayır və https://wizzair.com/ saytından alına bilər. “WizzAir” biletləri alan dostlara tövsiyyəm o olardı ki, “check in” seçərkən diqqətli olsunlar və “online check in” seçdikləri zaman uçuşa 3 saat qalmışa qədər wizzair.com saytında “check in” etsinlər.

WizzAir şirkətinin çoxlu səyahət edən sadiq sərnişinləri üçün bir xidməti də var, onun haqqında da məlumat vermək istəyirəm. Belə ki, aviakompaniyanın  “Discount Club” proqramına üzv olan şəxslər hər istiqamətə ən azı 10 avro endirim əldə edir, beləliklə gediş-dönüş biletlərinə 20 avrodan başlayan endirim əldə edirsiniz. Kluba üzv olmaq 30 avrodur və ilk biletlərinizi alan zaman üzv olursunuzsa biletin qiyməyindən 20 avro çıxılır və üzvlük haqqı sizə 10 avroya başa gəlir. Üzvlük 1 il müddətində qüvvədə olur.

Kutaisiyə Tiflisin mərkəzindən shutte avtobus və Didube metro stansiyasında yerləşən avtovağzaldan avtobuslar gedir. Qiymət 10-20 (5-10 AZN) ları arası dəyişir.

Ümid edirəm ki, məlumatlar sizin üçün faydalı olacaq.

Hamının yolu açıq olsun 🙂

p.s. Paylaşın ki, yararlananlar çox olsun)

Advertisements

3 thoughts on “Ucuz aviabiletlər

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma