Salam dostlar, sizinlə sonuncu Avropa gəzintisi təcrübəmi bölüşmək istəyirəm.
Əvvəlçə onu qeyd edim ki, bu dəfəki səfər Qərbi Avropanı əhatə edirdi və 15 gün çəkdi. Vizanı Fransa səfirliyindən almışdıq. WizzAir Bakını tərk etdiyindən və AZALın qiymətləri əlçatmaz olduğundan, ucuz qiymətə uçmaq üçün dostum ilə Gürcüstanın Kutaisi şəhərinə yollandıq .
- qeyd: Bakı-Tiflis avtobusu: 12 AZN, Tiflis-Kutaisi Aeroportu: 7.5-10 AZN
Təbii ki, biletləri əvvəlcədən almışdıq və qeydiyyatı (check in) online etmişdik, belə olan halda aeroporta uçuşa 40 dəqiqə qalmışa qədər getmək olar.
- Kutaisi-Budapeşt: 35 avro (www.wizzair.com)
Ən çox qalacağımız şəhər Portuqaliyanın Lissabon şəhəri (el arasında “Lissabonun Sammit şəhəri” də deyirlər) olduğu üçün Budapeştdən ora getməli idik. Getdiyimiz və növbəti gün Lissabona birbaşa aviareys olmadığı üçün qərara gəldik ki tranzit reysdən istifadə edək. Ən uyğunu Milan üzərindən getmək oldu. Qeyd edim ki, Milanın Bergamo aeroportundan uçuşlar çox ucuz qiymətədir və əksər low-cost aviaşirkətlər bu hava limanından uçur.
- Budapeşt-Milan: 26 avro (www.ryanair.com)
Beləliklə, Milana gəldik çıxdıq. Portuqaliyaya uçuşumuz gecə olduğu üçün Milanı axşama kimi gəzməyə qərar verdik və gecə kecəndən sonra səhərə yaxın Lissabona uçduq.
- Milan-Lissabon: 49 avro (www.ryanair.com)
Lissabon Atlantik okeanın sahilində yerləşən olduqca gözəl şəhərdir, 4 gecə burda qaldıq.
- Lisbon Soul Hostel: – 4 gecə, 42 avro (www.hostelworld.com)
Hostel haqqında onu deyə bilərəm ki, olduqca rahat, komforlu yer idi, özümüzü evdəki kimi hiss edirdik. Lissabonda kafelərdə yemək çox da baha deyildi, həmçinin hosteldə yemək bişirmək üçün bütün şərait var idi. Dörd gün burda qalıb, “Okeandayam qaqa, üzürəm”-dən sonra Parisə uçduq. Transavia şirkəti ilə oldu uçuşumuz, ilk dəfə idi bu şirkətdən istifadə edirdim. Təyyarə yeni və çox rahat idi.
- Lissabon-Paris: 26 avro (www.transavia.com)
Parisdə oteldə qalmağa qərar verdiyimiz üçün birbaşa otelə yollandıq. Şəhər bahalı olduğu üçün mərkəzdəki hostellə mərkəzə yaxın otelin qiyməti eyni oldu, buna görə oteli seçdik.
- Ibis Hotel Paris 3*: 2 gecə, 51 avro (www.booking.com)
Parisdə mükəmməl bir velosiped icarəsi şəbəkəsi qurulub, 1800 velosiped stansiyası və 30 min velosipedi olan şəbəkədə 1 velosipedin 24 saatlıq icarəsi cəmi 1.7 avro idi. Təbii ki, ictimai nəqliyyatın 1 gedişi 2.2 avro olan şəhərdə belə imkan göydəndüşmə idi və bu imkandan maksimum yararlandıq.
Parisdən sonrakı şəhər Amsterdam oldu. Amsterdama gecə avtobusu ilə getməyi qərara aldıq. 7 saat yol gəldik. Olduqca rahat avtobus idi.
- Paris-Amsterdam: 19 avro (www.flixbus.com)
Amsterdam öz soyuq havasi ilə bizi qarşıladı. Burda hosteldə gecələdik 3 gecə.
- Shalter City Hostel: 3 gecə, 78 avro (www.hostelworld.com)
Amsterdamdan sonra bizi Almaniyanın qərb paytaxtı Düsseldorf şəhəri gözləyirdi. Bu şəhər bütün gözləntiləri doğrultdu və təbiəti ilə bizi heyran elədi.
- Amsterdam-Düsseldorf: 15 avro (www.meinfernbus.de)
Düsseldorfda oteldə qaldıq, tam mərkəz sayılırdı. Şəhər balaca olduğu üçün düşündük ki, 2 gün bəs edər gəzməyə. Amma siz gedəsi olsanız 4 gün minimum bu şəhərə ayırın, olduqca maraqlı şəhərdir. Gözəl parkları, təbii gölləri, retro avtomobil salonu, kino muzeyi və s. olduqda xoş xatirələr saxladı.
- Antares Hotel 3*: 1 gecə, 22.5 avro (www.booking.com)
Geriyə qayıdanda bir gecə Budapeştdə qaldıq. Son 1 ildə şəhərdə köklü inkişaf hiss olunurdu.
- Düsseldorf-Budapest: 40 avro (www.germanwings.com)
Budapeştdə Colors Hosteldə qaldıq, mərkəzdə idi, səhər yeməyi daxil idi qiymətə.
- Budapest Colors Hostel: 1 gecə, 12 avro (www.hostelworld.com)
- Budapeşt-Kutaisi: 50 avro (www.wizzair.com)
Beləliklə,
- 260 avro – avtiabiletlər və avtobus biletləri
- 205.5 avro – otel və hosteldə gecələmək
- 46.5 avro – viza+viza görüşməsi
- 11.5 avro – səyahət sığortası
- 37 avro – Bakı-Kutaisi-Bakı
Cəmi: 560.5 avro
PS. Dostlar, bu səfər hər hansı bir tur deyil, fərdi şəkildə hazırlanmış marşrutdur. Turpaket istəsəniz (012) 596 11 96 nömrəsinə zəng edə bilərsiniz.
Paylaşın ki, yararlananlar çox olsun.
Seyahet sigortasini nece almaq olar?
Əksər sığorta şirkətlərində olur.
UK vizasini almaq cox qelizdi? Eger vizani ala bilsek Barcelona, Milana getmekcun icaze almaq lazimdi?
UK vizası ilə yalnız İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyaya gedə bilərsiniz.
Uk vizasi ile Ispaniyadan Cebellutariqe de kece bilersiniz..Orani cox adam bilmir ama sengen deyil..balacada olsa serhed var)
Salam. Bu tək nəfər üçün olan qiymətdi? Və bu tura ispaniyanın madrid və braziliyanın rio şəhərlərini də daxil etmək olar? Olarsa neçəyə gələrlər?
Salam. Zəhmət olmasa, PS bölməsini bir daha oxuyun.
Salam Budapeste viza almaq ucun bank kartinda ne qeder pul olmalidi ? ve ya aile terefinden hansisa mektub yazilmalidi ki zamin kimi ?
Salam, hər gün üçün 70-80 avro.
Salam.
Melumat uchun chox sag olun. Sizin seyaheti Shengen vizasi ile etmishdiniz?
Salam, bəli.
Tur qrafikine baxdiqda Shengeni Macaristanla almisiniz. Dogrumu?. Birde Shengenin alinmasi haqqinda tecrubenizi paylashsaniz ela olardi. (Birde hansi shengen olkelerinden daha tez ve asan almaq olar?)
Macarıstandan almışam. Elə Macarıstan səfirliyindən almağınızı tövsiyyə edirəm. Tələb olunan sənədlərin siyahısını elə səfirliyin özündən ala bilərsiniz.
Sefirliyin yerinin harda oldugunu ve ya resmi saytini mumkunse paylashardininz.
İçəri şəhərdədir. Amma rəsmi saytını xatırlamıram. Googleda axtarın.
Ela.xosuma geldi.insallah mende gelen il bu cur gezinti etmek fikrindeyem
Salam. Ilk öncə belə dəyərli məlumatları bölüşdüyünüzə görə təşəkkür edirəm. Belə bir sual yarandı: Macarıstan səfirliyinə viza müraciəti olunduqda, səfirlik səfər edəcəyin bütün ölkələrdə qalacağın otellerin rezervasiyasını tələb edirmi? Və ilk giriş ölkəsi Budapeştdirsə, amma orada qalınmayacaqsa bu problem yaradırmı viza alınmasında?
Öncədən təşəkkür edirəm.
Salam. Ən çox hansı ölkədə qalacaqsınızsa o ölkənin səfirliyinə müraciət edin.
Macar sefirliyine muraciet edecem. Sadece hostel yoxsa otel bron edim onu mueyyenleshdire bilmirem. Hostel bron etmeyi problem ederler deye qorxuram. teyyare biletini de almisham. Bundan evvel Polsha sefirliyinden shengen vizam olub. Otele elave pulum cixsin istemirem. Hostel ucuzdur mene serf edir.