Rusiya istiqamətinə Bakıdan və regional aeroportlardan çoxlu aviareyslər var. AZAL isə bu yaxınlarda Moskvanın Vnukovo aeroportuna low-cost reyslərə başlayıb. Gediş-dönüş 198 avro, tək tərəfə 99 avro. Bu qiymətə baqaj və yemək daxil deyil. Tam xidmətli uçuş isə Moskvanın Domodedova aeroportuna olur və gediş-dönüş qiyməti yəxmini 290 manatdan (245 avro) başlayır. ƏÖncəki qiymətlərlə müqayisədə bu bir qədər ucuzdur. Çünki daha öncə Moskvaya gediş-dönüş bileti təxmini 400 manata başa gəlirdi. Məlum tənqiddən sonra qiymətlərdə dəyişiklik olunub. Amma bu qiymətlərə rəğmən daha ucuz variant tapmışam-Maxaçkala aeroportu. Bakıdan 330 km-də yerləşən bu aeroportdan Moskva, Sankt-Peterburq və digər istiqamətlərə ucuz uçuşlar almaq olar. Misal üçün, Pobeda airlines (Aeroflota tabedir) şirkəti ilə Maxaçkala-Moskva-Maxaçkala biletini cəmi 94$-a ala bilərsiz. Mosvaya yox, Samaraya uçmaq istəyirsinizsə eyni şirkətin digər reysi ilə Moskva-Samara-Moskva biletini 64$-a almaq mümkündür. Yəni cəmi 158$ ödəməklə Samaraya gedib gəlmək olar. Bu qiymətə 10 kq-a qədər check-in baqaj da daxildir. Maxaçkaladan Moskvanın Domodedova aeroportuna isə RedWings şirkəti ilə 118$-a gediş dönüş bileti ala bilərsiniz. Qiymətə 30 kq baqaj da daxildir. 72$-a isə Moskvadan Kazana gediş-dönüş bileti almaq olur və 20 kq baqaj pulsuzdur. Bakıdan Sankt-Peterburqa ən yaxşı halda bileti 355 manata almaq mümkündür.Gəncədən isə 840 manat (!) göstərdi AZALın saytı. Peterburqa getməyin ən ucuz yolu Maxaçkala-Moskva-Peterburq-Moskva-Maxaçkala marşrutu ilə olacaq. Bu halda aviabilet sizə təxmini 160$-a başa gələcək. Moskva üzərindən demək olar ki, Rusiyanın bütün istiqamətlərinə ucuz aviareyslər olur. Həmçinin Moskvadan 35$-a Budapeştə (WizzAir), 68$-a Londona (EasyJet), 70$-a isə Berlinə (Germanwings) uça bilərsiniz.
Qeyd etdiyim qiymətlər noyabr ayı üçün olan real qiymətlərdir. Aşağıda Rusiyada müxtəlif istiqamətlərə uçmaq üçün avia şirkətlərin rəsmi saytlarını yazıram.
Maxaçkalaya ən ucuz yolla getmək üçün avtobus uyğundur. Gediş dönüş ən baha 25-30 manat edəcək.
Oxuyun. Paylaşın. Qənaət edin 🙂