PEGA, SUS!

Pegasus_Airlines_Boeing_737-800_Berni-1_940_275_70a0cc_all_2_s_c1_center_ center

Pegasusun Azərbaycana gəlməyini çoxdan gözləyirdim. Türkiyənin ikinci böyük aviadaşıyıcısı olan bu şirkət 42 ölkənin 105 şəhərinə uçuşlar edir. Baza aeroportu İstanbulun Sabiha Gökçen aeroportudur, Asiya tərəfində yerləşir, uçuşlar bu aeroporta olur.  Azərbaycandakı nöqtə kimi Qəbələnin seçilməsi uğurlu seçimdir, həm aeroport xərcləri az olur, həm də regional aeroportların pası təmizlənir. İndiki halda gediş qiyməti 50 avrodan başlayır, gediş-dönüş qiyməti isə 94 avrodan başlayır. Bu qiymətə bütün xərclər, vergilər və əl baqajı daxildir. 20 kq-a kimi baqaj üçün  hər istiqamətə 5 avro əlavə ödəmək lazımdır. Uçuş vaxtları Qəbələdən həftənin 1-ci,  4-cü və 6-ci günləri yerli vaxtla saat 04:55-də olacaq. İstanbuldan isə həftənin 3-cü, 5-ci və bazar günü yerli vaxtla saat 22:40-da olacaq. Bakıdan Qəbələ aeroportuna təxmini 225 km məsafə var. Dörd nəfərlik taksi 1 nəfəri 15 manata aeroporta kimi aparar. Avtobus isə 5 manatdır, online (bbak.az) alsanız. Sonuncu avtobus Bakı avtovağzalından 16:oo-da çıxır.

Bu reys Avropa-Asiya istiqamətlərində yeni imkanlar açır, belə ki Pegasus Qəbələdən və Türkiyə daxilindən əlavə 71 şəhərə uçur. Qəbələdən uçuş vaxtının səhər saatlarında seçilməsi də tranzit reyslər üçün əlverişli şərait yaradır. Bəzi saytlarda qiymətləri check in və aeroport xərcləri daxil olmadan yazırlar, bu da real qiymətdən 20-25 avro ucuz görünür. Odur ki, bir necə şəhərə uçuşun bütün xərclər daxil qiymətini yazıram. Bu qiymətlərdən başlayır:

Qəbələ-Barselona 99 avro

Qəbələ- London (Gatwick) 99 avro

Qəbələ-Praqa 99 avro

Qəbələ-Paris (Orly) 99 avro

Qəbələ-Sarayevo 99 avro

Qəbələ-Düsseldorf 99 avro

Qeyd olunan qiymətlər Aprel ayına olan real qiymətlərdir və əl yükü daxildir. 20 kg baqaj üçün əlavə 11 avro ödəmək lazımdır.

Pegasusun Azərbaycana gəlməsi Türkiyədə təhsil alan tələbələr üçün də əlverişlidir, çünki Pegasus Türkiyənin 33 şəhərinə uçur. Həmçinin yayda istirahətə gedən insanlar üçün ən müxtəlif şəhərləri gəzməyə şərait yaradır. Beləliklə Türkiyənin bir neçə şəhərinə tək tərəfli uçuş qiymətini yazıram:

Qəbələ-Ankara 62 avro

Qəbələ-Antalya 60 avro

Qəbələ-Konya 60 avro

Qəbələ-Dalaman 60 avro

Qəbələ-İzmir 62 avro

Qeyd olunan qiymətlər Aprel ayına olan real qiymətlərdir və əl yükü daxildir. 20 kg baqaj üçün əlavə 6 avro ödəmək lazımdır.

Biletləri almaq üçün http://www.flypgs.com saytına daxil olmaq ad, soyad, doğum tarixi, əlaqə məlumatları daxil etmək və ödəniş etmək lazımdır. Hal-hazırda İstanbuldan başqa heç hara bilet almaq mümkün deyil, almaq istəyəndə sistem səhvi göstərir. Ümid edirəm ki, müvəqqətidir. Bundan əlavə şirkətin Pegasus Plus adlı loyallıq proqramı da var ki, bu proqramla müxtəlif xallar qazanıb gələcəkdə uçuşları daha ucuz edə bilərsiniz: uUçuş məbləğinin 2%-ni bonus kimi qazanırsınız.

Oxuduğunuz üçün təşəkkür edirəm.

Advertisements

2 thoughts on “PEGA, SUS!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma