Qlazqoya gedən yol

glas1

Böyük Britaniyaya işgüzar səfərə getmişdim. Elə planladım ki, 2-3 gün artıq qalım və yeni şəhərləri görüm. Məqsədyönlü şəkildə Şotlandiyanın iki şəhərini – Qlazqo və Edinburqu seçdim. Birləşmiş Krallığın şimalında olmamışdım, maraqlı gəlirdi. Qlazqoya Mançesterdən qatarla gəldim, bilet 12 funt idi. Olduqca rahat və təmiz vaqon idi. Yolboyu Britaniyanın gözəl yerlərini gördüm, qoyun sürüləri, yaşıl otlaqlar, dağ çayları balaca qəsəbələr və s.

Qlazqoya çatanda günorta saat  1 idi. Bu o demək idi ki, hələ 7 saat burada gəzə bilərdim Nahar etdim və dərhal Klayd çayının sahilinə yollandım. Bu işdə mənə google maps kömək elədi. Əvvəlcədən Qlazqonun xəritəsini yükləmişdim telefona, ona görə də xəritə üçün internet lazım deyildi. GPS isə internetsiz işləyir.

Nə başınızı ağrıdım, gəldim çıxdım çayın sahilinə. Çayın üstündə bir necə piyada körpüləri salınıb, birindən keçdim, digərindən qayıtdım eyni sahilə. Və xəritə mənə göstərdi ki, irəlidə  çayboyu “Qlazqo qrin” parkı var. 15-ci əsrdə salınan bu park böyük və rəngarəngdir. Parkın böyük bir hissəsini yaşıl otluq, uşaqlar üçün oyun meydançaları və meşə zolağı tutur.

Girişində böyük arko və sonra Admiral Nelsonun abidəsi ucaldılıb. Bir qədər irəli gedəndə “The People’s Palace and Winter Garden” binası var. Binanın”The People’s Palace” hissəsi bir növ 20-ci əsrin tarix muzeyi kimidir. “Winter Garden” hissəsi isə şəffaf şüşədən tikilmiş tropik çənnəti xatırladır. İçərisində növbənöv ağaclar, müxtəlif bitkilər əkilib və qulluq olunur. Bundan əlavə içəridə kafe və ağacların altında oturacaqlar qoyulub. Giriş isə pulsuzdur. Binanın həyətində müxtəlif qitələri ehtiva edən fontan da tikilib. Parkdan çıxıb çayın sahili ilə əks istiqamətə gəzməyə başladım.

 

Və gəldim çıxdım Qlazqonn məşhur “Clyde Auditorium” tikilisinin yanına, bu binanın yanında şəhərin simvollarından birinə çevrilmiş qaldırıcı kran da var. Kranla üzbəüz “The SSE Hydro” tədbir zalı yerləşir. Bu zal 13 min tutumludur və tək 2015-ci ildə konsert və tədbirlər üçün 1021038 ədəd bilet satılıb ki, bu da bütün dünyada 3-cü yer deməkdir.

Dəmir yolu vağzalının yanında Britaniyalıların sevimli mağazası olan “Poundland” mağazası var idi. Bu mağazada hər şey 1 funtadır. Bir çox ərzaq və xırdavat şirkətləri bu mağazlar şəbəkəsi üçün xüsusi məhsullar hazırlayır. Əslində nəsə almaq fikrim yox idi, amma 1 funta ikibaşlı çəkic görəndə qərar gəldim ki, Şotlandiyadan çəkic alıb Azərbaycana gətirən ilk şəxs (bəlkə də son) kimi tarixə düşüm 🙂

IMAG1043
Poundland mağazası

 

Beləliklə artıq axşam olurdu və mən Edinburqa getməli idim…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma