Edinburq

DCIM100GOPROGOPR0231.
Edinburq

Qlazqoda gəzməyimi sona çatdırıb gəldim mərkəzi avtovağzala. Edinburqa bileti öncədən almışdım, səhv etmirəmsə 5 funta. 1 saatdan sonra çatdım, Şotlandiyanın mərkəzinə. Hava qaranlıq və soyuq idi, həm də çox yorulmuşdum gəzməkdən. Fikirləşdim ki, dincəlim, yatım sabah gəzərəm. Belə də etdim. Sabahsı gün başladım gözəlim-Edinburqu gəzməyə. Google map əvvəlcədən hazır idi, oflayn xəritəni yükləmişdim, ona görə də haranısa tapmaq çətinlik yaratmadı. İlk olaraq mərkəzi küçə-“Pinces Street”də gəzməyə başladım. Bu küçədə müxtəlif mağazalar, kafe-restoranlar yerləşir. Küçənin mərkəzi hissəsinin sol kənarında isə “Princes Street Gardens” yerləşir. Bu park olduqca gözəl və əsrarəngizdir.

 

Daha sonra haqqında çox eşitdiyim “Royal Botanic Garden”-ə (Kralın botanika bağı) getdim. Yolboyu gözəl evlər, qədimi küçələr göz oxşayırdı. Bu bağ olduqca gözəl idi, təxmini iki saat gəzdim. Ördəklər, göyərçinlər, dələlər insanların yanında sərbəst şəkildə gəzirdilər, yemək qazanmaq üçün daha da yaxınlaşırdılar 🙂

Bağdan sonra google maps məni Şimal dənizinin sahilinə gətirdi..

Dəniz sahilindən mindim avtobusa və qayıtdım “Pinces Street”-in lap başlanğıc hissəsinə – “Calton Hill”-ə. Bu təpədə bir neçə tarixi abidə yerləşir: Admiral Nelsonun şərəfinə abidə, Şotland parlamentinin abidəsi və Şotland Milli Abidəsi. Həmçinin bu hündürlükdən şəhərə və “Pinces Street”ə gözəl mənzərə açılır.

Bu gözəl mənzərələri izləyə-izləyə hava qaralmışdı və  növbəti gün Bakı məni gözləyirdi…

Advertisements

2 thoughts on “Edinburq

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s