279 avroya Pribaltika və Kiyev gəzintisi

shapka

Bu yay manatın dəyərinin daha da aşağı olması səyahət xərclərinə də ciddi təsir edib.  Əvvəl 1000 manat  885 avro edirdisə indi yalnız 585 avro edir. Əlbəttə ki, aradakı 300 avroluq fərq böyükdür. Əslində bu bloqu 3 ay qabaq yazacaqdım, nəsə bugünə qismət oldu. Novruz bayramında Baltikyanı ölkələrə getmişdim. Bileti hələ fevralın əvvəli aldım ki, ucuz olsun. Ucuz olduğu üçün bu dəfə də Kutaisidən (Gürcüstan) uçdum.Marşrutum isə belə idi:

Kutaisi-Kiyev-Vilnius-Riqa-Tallin-Vilnius-Kutaisi

Xronoloji ardıcıllıqla bütün səfərin  gedişatını yazacam.

DCIM100GOPROGOPR0067.
Vilnius

ŞENGEN VİZA

Vizanı Litva səfirliyindən aldım, çünki daha çox Litva ərazisində qalacaqdım. Sənədlər standart idi:

  1. İş yerindən arayış
  2. Aviabilet və avtobus biletləri
  3. Oteldən vauçer-ad-familiya, təvəllüd, giriş-çıxış tarixləri və passport nömrəsi olmaqla, möhürlü və imzalı.
  4. Bankdan məktub və hesabdan çıxarış
  5. Əvvəlki vizaların və pasportun kopyası
  6. Doldurulmuş müraciət blankı
  7. İki ədəd şəkil (3.5×4.5)
  8. Səyahət sığortası

Viza rüsumu 35 avrodur, amma sənədləri səfirliyin özü qəbul etmədiyindən agentlik 24 avro əlavə xidməthaqqı alır. Pasportumu 12 gün sonra qaytardılar.

IMAG0481

SIĞORTA

9 günlük, 30 min avroluq sığortanın qiyməti 8,5 avro idi.

IMAG0646

NƏQLİYYAT

Yuxarıda qeyd etdiyim kimi, Kutaisidən uçdum, amma 20 martda Kutaisidən Vilniusa birbaşa uçuş olmadığı üçün Kiyev üzərindən uçası oldum. Uçuşlar arasında 9 saat vaxt var idi, bu da Kiyevin mərkəzini gəzməyə tam bəs etdi. Kutaisi məni leysanla yola salsa da Kiyev qar-çovğunla qarşıladı. Hava proqnozuna baxmamışdım ki, surpriz olsun. türklər demiş bayaa sürpriz oldu  🙂

  • Kutaisi-Kiyev-Vilnius 68 avro (www.flyuia.com)
  • Vilnius-Riqa 8 avro (www.luxexpress.eu)
  • Riqa-Tallin 8.5 avro (www.luxexpress.eu)
  • Tallin-Vilnius 10 avro (www.luxexpress.eu)
  • Vilnius-Kutaisi 40 avro (www.wizzair.com)
  • Bakı-Tiflis-Kutaisi-Tiflis-Bakı 35 avro

IMAG0469

GECƏLƏMƏK

Ənənəvi olaraq hostellərdə gecələdim, belə daha ucuzdur və darıxmağa vaxt olmur.

  • Pogo hostel Vilnius 3 gecə 23 avro (booking.com)

Burada özümü evdəki kimi hiss elədim, Vilniusun tam mərkəzində yerləşən bu “ev” çox təmiz və rahat idi. Personalı çox mehriban və yardım etməyə tələsirdilər.

  • Firefighter hostel Riga 2 gecə 12 avro (booking.com)

Bu hostel özü yaxşı idi, amma yerləşməsi yaxşı deyildi. Şəhərin mərkəzindən kənar idi bir az. Bəxtim gətirdi ki, hər iki gecə tək qaldım, hava çox soyuq-qarlı olsa da otaq isti idi.

  • Old Town Munkenhof Tallin 1 gecə 7.2 avro (booking.com)

Bu hostelin də yerləşməsi əla idi, böyük mətbəxi də var idi ki, burada asanlıqla yemək bişirmək olardı.

Beləliklə, ümumi 279 avro sərf olundu bu turun alınmasına. Baltikyanı ölkələr  və qidalanmaq  haqqında isə növbəti bloqda ətraflı yazacam.

Oxuyun və paylaşın 🙂

#adamaqalangezmekdir

 

Advertisements

2 thoughts on “279 avroya Pribaltika və Kiyev gəzintisi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma