Polşada yeni il? Əladır!

Ötən yeni ili yoldaşımla Polşada qarşıladıq. Polşada olmamışdım heç vaxt. Planlamağa sentyabrın sonunda başlamışdım. Adəti üzrə Kutaisidən biletləri təqib edirdim və Antaliyada olarkən elə dənizkənarında WizzAir-in mobil aplikasiyası vasitəsi ilə aldım.

31 dekabr-6 yanvar Varşavaya gediş-dönüş bileti: 135 avro

Plan üzrə Varşava, Krakov və Zakapone şəhərlərində olduq.

Varşavada Best Western şəbəkəsindən olan üç ulduzlu oteli seçdik. Üç gecəsi  90 avro.

Best Western Hotel Portos Warsaw

Otel təmiz, səliqəli, mərkəzdən 15 dəqiqəlik məsafədə idi.

Yeni il gecəsini Varşavanın köhnə şəhərin meydanında qarşıladıq. Əla atəşfəsanlıq, şənliklə dolu keçdi. Meydan insanlarla dolu idi.

Daha iki gün Varşavanın gözəlliyini gördükdən sonra Krakova getdik.

Varşava-Krakov-Varşava – 8 avro – Polskibus.com

Krakov haqqında çox eşitmişdim, tam olaraq turistik şəhərdir. Şəhər ruslar və ukraynlar ilə dolu idi.

İbis Budget Hotel – 3 gecə- 72 avro

Elektriklə işləyən avtobuslar, old city çox xoşuma gəldi. Krakovda olarkən günlərin birini Tatra dağının ətəyində yerləşən Zakopane şəhərinə getməyi planlamışdıq. Gediş-dönüş avtobus bileti 11 avro idi. Məsafə iki saatlıq idi. Zakopanedə adam özünü nağıllardakı kimi hiss edirdi. Qar demək olar ki, kilo ilə yağırdı hava isə -15 -20 dərəcədə dəyişirdi. Şəhəri bütöv piyada gəzdik. Çox gözəl yerdir.

Ümumilikdə Polşa aşağı büdcəli turistlər üçün çox uyğundur. Qiymətlər kifayət qədər əlçatandır.

Beləliklə, aviabilet (135 avro), avtobus biletləri (19avro), otel (162 avro), vizaya (70 avro) cəmi 386 avro xərcləndi. Bu iki nəfər üçün olan qiymətdir. Yeni ili Polşada keçirin!

 

Oxuyun-Paylaşın-Peşəkarlaşın

 

blog promo

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma