Səyahətin ayrılmaz bir hissəsi də Duty Free ərazisidir. Bu adətən təyyarə ilə səyahət edənlərə rast gəlir. Duty free ərazisi pasport və ya mühafizə yoxlanışından sonra başlayır adətən. Burda daha çox müxtəlif içkilər, siqaretlər, şokoladlar, ətir və kosmetika və s. məhsullar olur. Qiymətlər ölkəyə görə dəyişir, endirimli qiymətlər olur. “My Duty Free” adlı bir aplikasiya var. Onun vasitəsi ilə duty free-lərdə 10% endirim qazanmaq olar. Bunun üçün aplikasiyada alınacaq malları seçirsiniz və səbətə daxil edirsiniz. Daha sonra sifariş edirsiniz. Yaxınlaşıb kassada endirimli qiymətlə sifarişinizi alırsınız. Aplikasiya bir MDB-nin bir neçə aeroportunda, o cümlədən Bakı aeroportunda işləyir. Gələcəkdə endirim şəbəkəsinin genişlənəcəyi gözlənilir Aplikasiyanın android üçün yükləmə linki: https://goo.gl/xCxA4T