118 manata Londona necə getdim?

IMAG4461

Londonu nəinki Britaniyanın, hətta Avropanın da paytaxtı adlandırardım. Gözəl, təmiz, səliqəli və multikultural şəhərdir. Sözüm onda yox.

WizzAir gözlənildiyi kimi Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başladı. Beş saat on dəqiqə çəkən bu uçuş WizzAirin ən uzun müddətli birbaşa uçuşudur. İlk uçuşda mən də iştirak elədim və qərara gəldim ki, xərclər haqqında məlumatı sizinlə bölüşüm.

KUTAİSİYƏ QƏDƏR

IMAG4485

Uçuş 18 iyun saat 15:55-də idi. Amma mən dedim bir gün tez gedim Tiflisdə də gəzişim. Tiflisə qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN). Evin linki budur:  https://www.airbnb.com/rooms/13454409 . IMAG4209Çox bəyəndim bu evi, Rustaveli küçəsindən 2 dəqiqəlik məsafədə idi. Tiflisdən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz yolu Didube metro stansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getmək (adambaşı 10 Lari = 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta germəkdir (adambaşı 2 Lari = 1.4 AZN).

AVİABİLET VƏ UÇUŞ

IMAG4217

Gediş-dönüş aviabiletini 167 Lari = 118 AZN-ə almışdım. Gedəndə təyyarə gecikmədi, amma qayıdanda 2 saat gecikdi. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər (!) )))

DCIM100GOPROGOPR1231.

 

Gedəndə Lutonda passport controlda 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar. Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda passport control olmur. Yəni ki, pasporta möhür (peçat) vurulmur.

 

LUTONDAN LONDONA Photo from Azər (2)

Luton aeroportu mərkəzdən 58 km aralıdır. Lutondan mərkəzə avtobus (easybus.com və nationalexpress.com) və qatarla (www.thameslinkrailway.com) gedə bilərsiniz. Avtobusla 1 saat 40 dəqiqəyə, qatarla isə 40 dəqiqəyə mərkəzə çatmaq olar. Mən gedəndə qatarla (10 GBP = 22 AZN), qayıdanda isə easybusla  (6 GBP = 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.

 

GECƏLƏMƏK

Gecələmək üçün yenə də airbnb.com saytında istifadə elədim və Canada Water metrosundan 7-8 dəqiqəlik məsafədə olan bir evdə otaq kirayələdim. 4 gecə üçün 137 dollar = 234 AZN ödədim. Evin linki: https://www.airbnb.com/rooms/14279332 .

VİZA

Britaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantı qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.

 

QİDALANMA

London dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (Lidl, Tesco) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur 🙂

SONDA

Bu səfərdən qısa on/off video hazırlamışam. Bu bloq yaxşı oxunsa sabah da onu paylaşacam 🙂

Oxuyun – Paylaşın – Peşəkarlaşın

 

Advertisements

8 thoughts on “118 manata Londona necə getdim?

  1. Salam, bir nece sualim var, cavablariniz ucun onceden teshekkur edirem.
    1. Luton-London-Luton train/bus ticket onceden bron etmek meslehetdi ya yerinde almaq? Yerinde alaraaq cash odenish mumkundu ya ancaq kartla?
    2. Sheher gezintisi ucun metro ya avtobus istifade etmek meslehetdi? Gunluk bilet filan haqda melumatiniz varmi?
    3. Gezmek ucun velosiped goturmek meslehetdirmi? Qaydalari bilirsizmi?

    1. Salam.

      1. Train və Bus hər ikisi yerində cash almaq olur. Amma yerində baha ola bilər. easybus.com-dan 2.95 GBP-dən başlayaraq ala bilərsiniz bileti. Amma yerində standart 10 GBP olacaq.
      2. Metro haqqında burda pay as you go haqqında yazmışam, yəni hər gedişə ödəniş: https://azikiss.me/2017/09/25/londonunderground/. Günlük biletlər isə burdadır: http://content.tfl.gov.uk/adult-fares.pdf
      3. Şəhər içində velosiped sürə bilirsinizsə sizinçün əla olar. Günü 2 GBP. Amma hər yarım saatdan bir velosipedi velosiped stationlarında dəyişməlisiniz. Geciksəniz cərimə olacaq. Proses yalnız plastik kartla aparılır. Ətraflı: https://tfl.gov.uk/modes/cycling/santander-cycles

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma