
Tiflis Azərbaycandan olan turistlərin demək olar ki, ilk istiqamətidir. Ömründə heç hara getməyən şəxs turist karyerasına adətən Tiflisdən başlayır. Bakıdan Tbilisiyə getməyin yolları haqqında yazmaq istəyirəm.
QİYMƏTLƏR YENİLƏNİB. 21.08.2018
Avtobus
Bakı Beynəlxalq Avtovağzalından Tiflisə birbaşa və ya iki avtobus dəyişməklə getmək olar.
Birbaşa – 17 AZN. Hər gecə 00:30, 21:00, 23:00 və 23:50-də yola düşür. Tiflisin Ortachala avtovağzalına gedir. Bileti http://www.avtovagzal.az saytında onlayn və ya avtovağzalın kassasından ən tez 10 gün əvvəlcədən ala bilərsiniz.
İki avtobus dəyişməklə – Bakı-Qırmızı Körpü 11.90 AZN, Qırmızı Körpü-Tbilisi (Dəmir Yolu Vağzalı) 4 GEL (3 AZN). Cəmi 13.70 AZN.
Qatar
Bakıdan Tiflisə qatarla üç müxtəlif vaqon tipində getmək olar. Onlar aşağıdakılardır.
Plaskart: 23 AZN, Kupe: 33 AZN, SV 57 AZN (səyahət müddəti yaxınlaşdıqca qiymət qalxır.)
Bileti http://www.ady.az saytından onlayn olaraq və ya kassadan ən tez 30 gün əvvəlcədən ala bilərsiniz.
Qatar/Avtobus
Bakıdan qatarla Ağstafaya, ordan da avtobusla düz Qırmızı Körpüyə kimi gedə bilərsiniz. Qırmızı Körpüdə sərhədi piyada keçəndən sonra mini avtobusla Tiflisə getmək olar. Bakıdan Ağstafaya qatara bilet sinifə görə dəyişərək 10 AZN-dən başlayır, Ağstafa-Qırmızı Körpü avtobusuna bilet 1.5-2 AZN olur, Qırmızı Körpü-Tiflis avtobusu isə 4 laridir (3 AZN).
Qatar/Taksi
Bakıdan qatarla Böyük Kəsiyə (10 AZN-dən), ordan da 3 manatlıq taksi ilə Sadıxlı sərhəd keçid məntəqəsinə, sərhədi keçdikdən sonra maksimum 40 lari (30 AZN) olan taksi ilə Tiflisə getmək mümkündür.
Böyük Kəsiyə Bakı-B.Kəsik və Bakı-Tiflis qatari ilə getmək olar. Mən adətən ikincisini seçirəm. Tiflis qatari səhər tezdən 7:05-də B.Kəsiyə çatır və hardasa saat 8:30-da taksi ilə Tiflisdə olursunuz.
Təyyarə
Bakıdan Tiflisə həm AZAL, həm Buta Airways, həm də Qatar Airwaysla uça bilərsiniz. Bunların ən ucuzu Buta Airways-dir. Qiyməti 29 avrodan başlayır.
http://www.azal.az, http://www.butaairways.az, http://www.qatarairways.com saytlarına daxil olaraq biletləri onlayn ala bilərsiniz.
Şəxsi avtomobil
Şəxsi avtomobillə gedənlərə bir tövsiyyə etmək istəyirəm. Əgər Qırmızı Körpü keçid məntəqəsində növbədə qalmaq istəmirsinizsə, Sadıxlı kəndində olan keçiddən istifadə edin. Google mapsda dəqiq yerini göstərirəm: https://goo.gl/maps/BakSesVX6BH2. Bu keçid məntəqəsi saat 10:00-19:00 arası işləyir.
*Yenilənib: 26.1.2019, 00:53
Oxuyun-Paylaşın-Peşəkarlaşın
bloqumu sosial mediada izləyin: Fb.com/Azikiss.Me Instagram.com/Azikiss.Me Youtube.com/AzarIsmayil
Tiflisten Bakiya nece gedirler zehmet olmasa yazardiniz
Qatarla, avtobusla və təyyarə ilə mümkündür.
Salam, Bakidan Batumiye qatar gedir?
Xeyr, avtobus və təyyarə ilə getmək olar.
salam. men türkiyeden tiflis ortachala otagarına seher saat 10-11 kimi çatsam bakıya avtobus tapa bilerem?