Bakı-Tbilisi. Ən ucuz necə gedim?

Tbilisi
Mart, 2017

Tiflis Azərbaycandan olan turistlərin demək olar ki, ilk istiqamətidir. Ömründə heç hara getməyən şəxs turist karyerasına adətən Tiflisdən başlayır. Bakıdan Tbilisiyə getməyin yolları haqqında yazmaq istəyirəm.

Avtobus

Bakı Beynəlxalq Avtovağzalından Tiflisə birbaşa və ya iki avtobus dəyişməklə getmək olar.

Birbaşa – 12 AZN. Hər gecə 21:00 və 23:00-da yola düşür. Tiflisin Ortachala avtovağzalına gedir. Bileti http://www.bbak.az saytında onlayn və ya avtovağzalın kassasından ən tez 10 gün əvvəlcədən ala bilərsiniz.

İki avtobus dəyişməklə – Bakı-Qırmızı Körpü 7.90 AZN, Qırmızı Körpü-Tbilisi (Dəmir Yolu Vağzalı) 4 GEL (2.9 AZN). Cəmi 10.70 AZN.

Qatar

Bakıdan Tiflisə qatarla üç müxtəlif vaqon tipində getmək olar. Onlar aşağıdakılardır.

Plaskart: 22 AZN, Kupe: 33 AZN, SV 55 AZN

Bileti http://www.ady.az saytından onlayn olaraq və ya kassadan ən tez 10 gün əvvəlcədən ala bilərsiniz.

Təyyarə

Bakıdan Tiflisə həm AZAL, həm Buta Airways, həm də Qatar Airwaysla uça bilərsiniz. Bunların ən ucuzu Buta Airways-dir. Qiyməti 56 AZN-dən başlayır.

http://www.azal.az, http://www.butaairways.az, http://www.qatarairways.com saytlarına daxil olaraq biletləri onlayn ala bilərsiniz.

Şəxsi avtomobil

Şəxsi avtomobillə gedənlərə bir tövsiyyə etmək istəyirəm. Əgər Qırmızı Körpü keçid məntəqəsində növbədə qalmaq istəmirsinizsə, Sadıxlı kəndində olan keçiddən istifadə edin. Google mapsda dəqiq yerini göstərirəm: https://goo.gl/maps/BakSesVX6BH2. Bu keçid məntəqəsi saat 10:00-19:00 arası işləyir.

Oxuyun-Paylaşın-Peşəkarlaşın

PS. facebookda izləmək üçün: https://www.facebook.com/azikiss.me

blog promo

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma