Bakı-Tbilisi. Ən ucuz necə gedim?

Tbilisi
Mart, 2017

Tiflis Azərbaycandan olan turistlərin demək olar ki, ilk istiqamətidir. Ömründə heç hara getməyən şəxs turist karyerasına adətən Tiflisdən başlayır. Bakıdan Tbilisiyə getməyin yolları haqqında yazmaq istəyirəm.

Avtobus

Bakı Beynəlxalq Avtovağzalından Tiflisə birbaşa və ya iki avtobus dəyişməklə getmək olar.

Birbaşa – 12 AZN. Hər gecə 21:00 və 23:00-da yola düşür. Tiflisin Ortachala avtovağzalına gedir. Bileti http://www.bbak.az saytında onlayn və ya avtovağzalın kassasından ən tez 10 gün əvvəlcədən ala bilərsiniz.

İki avtobus dəyişməklə – Bakı-Qırmızı Körpü 7.90 AZN, Qırmızı Körpü-Tbilisi (Dəmir Yolu Vağzalı) 4 GEL (3 AZN). Cəmi 10.70 AZN.

Qatar

Bakıdan Tiflisə qatarla üç müxtəlif vaqon tipində getmək olar. Onlar aşağıdakılardır.

Plaskart: 22 AZN, Kupe: 33 AZN, SV 55 AZN

Bileti http://www.ady.az saytından onlayn olaraq və ya kassadan ən tez 10 gün əvvəlcədən ala bilərsiniz.

Qatar/Avtobus

Bakıdan  qatarla Ağstafaya, ordan da avtobusla düz Qırmızı Körpüyə kimi gedə bilərsiniz. Qırmızı Körpüdə sərhədi piyada keçəndən sonra mini avtobusla Tiflisə getmək olar. Bakıdan Ağstafaya qatara bilet sinifə görə dəyişərək 8 AZN-dən başlayır, Ağstafa-Qırmızı Körpü avtobusuna bilet 1.5-2 AZN olur, Qırmızı Körpü-Tiflis avtobusu isə 4 laridir (3 AZN).

Qatar/Taksi

Bakıdan  qatarla Böyük Kəsiyə (8 AZN-dən), ordan da 3 manatlıq taksi ilə Sadıxlı sərhəd keçid məntəqəsinə, sərhədi keçdikdən sonra maksimum 40 lari (30 AZN) olan taksi ilə Tiflisə getmək mümkündür.

Böyük Kəsiyə Bakı-B.Kəsik və Bakı-Tiflis qatari ilə getmək olar. Mən adətən ikincisini seçirəm. Tiflis qatari səhər tezdən 7:20-də B.Kəsiyə çatır və hardasa saat 9-da taksi ilə Tiflisdə olursunuz.

Təyyarə

Bakıdan Tiflisə həm AZAL, həm Buta Airways, həm də Qatar Airwaysla uça bilərsiniz. Bunların ən ucuzu Buta Airways-dir. Qiyməti 56 AZN-dən başlayır.

http://www.azal.az, http://www.butaairways.az, http://www.qatarairways.com saytlarına daxil olaraq biletləri onlayn ala bilərsiniz.

Şəxsi avtomobil

Şəxsi avtomobillə gedənlərə bir tövsiyyə etmək istəyirəm. Əgər Qırmızı Körpü keçid məntəqəsində növbədə qalmaq istəmirsinizsə, Sadıxlı kəndində olan keçiddən istifadə edin. Google mapsda dəqiq yerini göstərirəm: https://goo.gl/maps/BakSesVX6BH2. Bu keçid məntəqəsi saat 10:00-19:00 arası işləyir.

Oxuyun-Paylaşın-Peşəkarlaşın

PS. facebookda izləmək üçün: https://www.facebook.com/azikiss.me

blog promo

Advertisements

One thought on “Bakı-Tbilisi. Ən ucuz necə gedim?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s