Buta Airways bizə hansı imkanları yaradır?

ButaAirways-in təsis olunması və gələn aydan fəaliyyətə başlaması sevindirici haldır. Uçuşların Avropaya deyil, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukraynaya olması bir qədər məyusedici oldu. Amma heç də belə deyil. İrəlidə sizə maraqlı məlumatlar açıqlamağa çalışacam.

Fakt:

Bütün bu ölkələrə səfər etmək üçün vizaya ehtiyac yoxdur.

Qiymət bir tərəfə 29 avrodan başlayır (57 AZN).

Əgər heç vaxt xaricdə olmamısınız və nədənsə başlamaq istəyirsinizə İstanbul, Moskva, Kiyev kimi şəhərlər sizin üçündür. Amma siz peşəkar səyahətçisinizsə, o zaman Buta Airwaysin uçduğu şəhərlər sizin üçün tranzit ola bilər. Necə? Aşağıdakı kimi.

İstanbul

ButaAirways Sabiha Gökçen aeroportuna uçur. Bu aeroport əsasən aşağı budcəli aviaşirkətlərə xidmət edir. Sabiha Gökçendən noyabr ayı üçün uçuşlara baxaq:

Türkiyə daxili uçuşlar: 8 avrodan,

Albaniyaya: 38 avrodan,

Fransaya: 39 avrodan,

Avstriya, Bosniya və Hersoqovina, Çexiya, Macarıstan, İtaliya və s. ölkələrə 41 avrodan başlayır. Siyahının böyük bir hissəsi bir tərəfi 50 avroya qədər olan uçuşlardır. Ətraflı: https://goo.gl/GrnBtN

Moskva

Yuxarıda qeyd etdiyim uçuşlardan başqa Moskvadan çoxlu saytda Tayland, Hindistan, Mərakeş, Tunis, Kuba, Dominikan kimi ölkələrə çarter uçuşlar və turlar olur. Uyğun turları tapmaq üçün ətraflı məlumata http://www.level.travelwww.burgetworld.ru saytlarına baxmağınız tövsiyyə olunur.

Tehran

Tehrandan AirAsia şirkəti Kuala-Lumpura (Malaziya) birbaşa uçuşlar edir. Bundan əlavə Tranzit uçuşlarla isə Baliyə (İndoneziya), Sidneyə (Avstraliya), Taylanda, Cənubi Koreyaya, Yaponiyaya aşağı qiymətə uça bilərsiniz. Biletləri almaq üçün www.airasia.com saytına daxil olun.

Kiyev

Bildiyimiz kimi Ukrayna vətəndaşları schengen zonaya vizasız daxil olur. Bununla əlaqədar WizzAir uçduğu şəhərlərin sayını artırıb, indi 22 şəhərə uçur. Qiymətlər 35 avrodan başlayır. Bilet üçün www.wizzair.com saytına daxil olun. Bundan əlavə olaraq www.flixbus.comwww.skybus.kiev.ua, www.ecolines.net saytından avropa istiqamətinə avtobus biletləri də ala bilərsiniz.

Əsas qənaətim budur ki, indiyə kimi bu vəya digər səbəblərdən WizzAir-in endirimli kampaniyalarını çıxsaq Azərbaycandan bu qiymətə uçuşlar olmayıb.

Hər kəsə sakit uçuş və yumşaq eniş arzu edirəm.

Yazını bəyəndinizsə paylaşın. 🙂

Facebookda izləyin ki, endirimli kampaniyalardan ilk olaraq xəbər tutasınız.

blog promo

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s