Gədəbəy səfərindən icmal

İlk dəfə Gədəbəydə 6 il öncə olmuşdum. Çox gözəl yerdir. Gəz, gəz bitməz. Bu il qərara gəldim ki, yenə gedim. Əsas məqsədim Siemens qardaşlarının inşa etdiyi Qanlı körpünü və Koroğlu qalasını görmək idi. Əslən Gədəbəydən olan dostum Elgün də orda məzuniyyətdə idi. Dedim, onun məzuniyyətinə rəng qatım 🙂

Gədəbəyə bir neçə variantla getmək olar. Qatarla getsəniz Şəmkir stansiyasında düşüb avtobusla yola davam edə bilərsiniz (onlayn bilet və qiymət üçün ticket.ady.az). Slavyanka kəndinə və Gədəbəy rayonunun özünə Bakı avtovağzalından birbaşa avtobus reysi var (Avtobus bileti üçün bbak.az). Mən öz maşınımla getmişdim. Bakıdan Gədəbəyin rayon mərkəzinə təxmini 450 KM məsafə var.IMAG4811

Yol rayon mərkəzinə kimi 100% asfaltdır. Bəzi kəndlərə, o cümlədən Koroğlu qalası olan Qalakəndə gedən yolun 5-6 km və Qanlı körpüyə gedən yolun 4-5 km məsafəsi daş və torpaq yoldur. Sedan tipli maşınları ehtiyatla sürmək lazımdır. Təcrübəsiz sürücülər üçün Gədəbəyi tövsiyyə etmirəm, çünki Yasamal dolayları (pereval) və daha bir dolayla qarşılaşacaqlar.

IMAG4730Hər ikisi olduqca sərt dönüşlərə malikdir. Rayonun özündə və Slavyanka kəndində otel və qonaq evləri mövcuddur. Amma kəndlərdə də gecələmək üçün 10-20 manat arası evlər tapmaq olar. Kim istəsə mənə yazsın, nömrə verərəm. Ümumiyyətlə Gədəbəydə görməli yerlər həddən artıq çoxdur. Google mapsdə yol rayon mərkəzinə kimi göstərilir.  Rayon ərazisinin böyük bir hissəsinə yolun mövcudluğu əks olunmur. Amma rayon camaatı çox qonaqpərvər və yardımcıl olduqları üçün asanlıqla sizə yardımçı olarlar. Yuxarıda qeyd etdiyim kimi Siemens qardaşlarının inşa etdiyi Qanlı körpünü və Koroğlu qalasını görməyə getmişdim. Aşağıda onların yerləşməsinin linkini əlavə edirəm.

Koroğlu qalası:

https://goo.gl/maps/hvqMSDzUDzB2

Qalaya qalxmaq üçün mütləq möhkəm və altı qaba olan ayaqqabı götürün, hündürlük qorxunuz varsa qalxmağınız tövsiyyə olunmur. Qalanın altında maraqlı bir mağara da var. Qala haqqında ətraflı Burdan oxuya bilərsiniz.

Qanlı körpü:

https://goo.gl/maps/8TRKLRrFknk

Qanlı körpü təxmini 1860-cı illərdə tikilib, olduqca gözəl tikilidir. Körpünün üstündən keçəndə qəribə bir həyəcan keçir ürəkdən.

Səfərdən hesabat videosu. Mahnıya görə çox qınamayın 🙂

Gözəl qonaqlamaya görə dostum Elgünə təşəkkür edirəm!

blog promo

Advertisements

2 thoughts on “Gədəbəy səfərindən icmal

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma