Şəki-Qax-İlisuda weekend

Keçən həftəsonunu fotoqraf dostum Fəxri ilə ailəlikcə Şəki-Qax-İlisu istiqamətində  keçirməyi qərara aldıq. Əsas ideya İlisu üzərində qurulduğu üçün həftənin əvvəlindən İlisuda gecələmək üçün yer axtarırdıq, nə isə sonunda qərara aldıq ki, Şəkidə gecələyək. Nisbətən uyğun qiymətə Karvansaray idi (2 nəfərlik sadə otaq 30 AZN). Amma orda yer olmadığı üçün səfərə 1 gün qalmış gecə airbnb.com və booking.com-la axtarışlara başladıq.

Karvansaray
Karvansaray

İlk dəfə idi ki, Azərbaycanda hansısa saytdan gecələmək üçün yer bron edəcəkdim. Uzun sözün qısası, Aşıq Cümə küçəsi 8 ünvanında olan evi (https://goo.gl/zAJfpQ) seçdik, iki otaq üçün 45 AZN yazılmışdı, səhər yeməyi də daxil idi. Ev sahibi artıq biz yolda olanda zəng elədi bizə, görüş yerini izah elədi. Yolda yenə bir iki dəfə zəng elədi. Getdik çatdıq Şəkiyə, Ramin (ev sahibi) bizi qarşıladı və evə apardı. Bron etdiyimiz yerdə sıxlıq olduğu üçün bizi öz evinə apardı, ailəsi ilə tanış elədi və otaqlarımızı göstərdi. Çatan kimi  müxtəlif mürəbbə və şirniyyatlarla dolu çay süfrəsi bizi gözləyirdi 🙂 Artıq gözlədiyimin 200%-i baş verirdi. Ramin əlindən gələni etdi ki, biz razı qalaq. İnsan o qədər gözəl qəlbli, səmimi, yardımçıl idi ki, Türkiyə qonaqpərvərliyi ondan çox şey öyrənə bilərdi.

Copy of 888A0585
Kiş məbədi

Səhər yeməyi də əla idi. Dostum Fəxri Raminlə birlikdə səhər 7-də samovarı qaynaqmağa başlamışdı. Şəkidə Karvansaray, Xan sarayı, Kiş kəndində olduq, ənənəyə uyğun olaraq “Qaqarin” kafesində piti yedik.  Sevindirici hal idi ki, Xan sarayında çoxlu sayda xarici turistlər var idi. Hətta Koreyadan 30 nəfərlik qrup da gəlmişdi. Xan sarayı və Kiş məbədinin girişi böyüklər üçün 2 AZN-dir.

IMAG4887
Xan sarayı

Növbəti gün Qaxa doğru istiqamətləndik, Ramin bizi Şəkinin çıxışına kimi öz maşını ilə müşayiət elədi. Şəki-Qax yolu çox mənzərəli və rahat yoldur. Yolüstü Əmbərçay kəndində Kürmük kilsəsinə qalxdıq. Olduqca əzəmətli tikilidir. Yolu torpaq örtüklü olduğu üçün, bəzi yerlərini sel kələ-kötür edib və sedan tipli maşınların qalxmağı çətindir. Aşağıdan məbədə qədər təxmini 900 metr yol var. Daha sonra Qum kəndinə getdik. Dağ ətəyində yerləşən bu qədim kənd olduqca gözəl evlərə və bağlara sahibdir, həmçinin Qum bazilikası adlanan qədim tikili də göz oxşayır.

Sonra əsas görmək istədiyimiz yerə-İlisuya getdik. İlisu qədim, təbii gözəlliyini qorumuş kənddir. Ulu körpü, Ulu məscid, Səngər bulağı, Sumuq qalası (giriş 1 AZN), İlisu şəlaləsi buranın görməli yerlərindəndir. Tövsiyyə edirəm ki, Səngər bulağından başlayaraq şəlaləyə kimi yolu piyada gəzəsiniz. O zaman bu gözəlliyi daha yaxından görəcəksiniz.

Fotolar üçün Fəxriyə təşəkkür edirəm.

Oxuduğunuz üçün təşəkkür edirəm, paylaşıb sevindirin məni 🙂

 

blog promo

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma