Xınalığa necə getdim?

Ölkəmizin çox yerində olsam da indiyə kimi Xınalıqda olmamışdım. Bu yay bir dəfə getməyə cəhd eləmişdim, amma yola qaya parçası uçduğu üçün cəhdim uğursuz oldu. Ötən həftəsonu fotoqraf dostum Fəxri ilə ailəvi Qubaya səfər etdik. Ənənəyə uyğun olaraq yenə kənd evində qalmağı planlamışdıq. Booking.com və airbnb.com-u ələk-vələk elədik, amma orda uyğun variant olmadı. Axırı yeniemlak.az saytından Amsar kəndində ev tapdıq. Evin şəkilini görən kimi bəyəndim. Belə bir evdə yaşamaq həmişə arzum olub 🙂

Ev haqqında: http://yeniemlak.az/elan/926236 * 1 gecə – 60 AZN * maks. 6 nəfər*

Evə yerləşdik, nahar etdik və yollandıq Xınalığa. Bəxtimizdən hava yaxşı idi. Ötən dəfə ilişib qaldığımız yeri keçdik, bir az getmişdik ki, palçıq bataqlığı ilə qarşılaşdıq. Bir az tərəddüd etdikdən sonra davam etdik. Avtomobilim sedan olmağına baxmayaraq ilk sınaqdan uğurla keçdi 🙂

Qəçrəş-Xınalıq yolu bir neçə il qabaq yaxşı asfaltlanıb, amma relyefin dağlıq ərazi olması yolun tez sıradan çıxmasına səbəb olur. Yolun bəzi yerlərində bir maşınlıq enlilik qalıb, bu isə təcrübəsiz sürücülər üçün bir az təhlükəlidir. Bəzi yerlərdə çox sərt yuxuşlar (podyom) var idi, avtomat sürət qutusu kiçik ölçülü motorla əziyyət çəkirdi, nəzərə alsaq ki maşında sürücü ilə birlikdə 4 nəfər var idi, amma tiptronikin olması problemi həll etdi. Bilirəm, bu texniki məsələlər çox adama maraqlı deyil, amma sürücülər üçün faydalı ola bilər.

XINALIQ

Bu kənd çox gözəldir, haqqında burdan oxuya bilərsiniz.

Qaldığımız evdə yemək bişirmək üçün şərait və soyuducu olduğu üçün axşamdan səhər yeməyinin bazarlığını etmişdik. Fəxri isə öz adətinə uyğun olaraq səhər saat 7-də artıq samovarı qaynatmağa başlamışdı. Bütün proses bitəndən sonra belə bir şəkil çıxdı.

Çənlibel gölü

Səhər yeməyindən sonra Çənlibel gölünə tərəf istiqamətləndik. Bu gölə  də ilk dəfə idi ki, gedirdim. Gölün ətrafı gözəl meşəlikdir və gəzinti üçün idealdır. Bu kicik yaxtada gəzinti 4 manatdır.

Fotolar üçün Fəxriyə təşəkkür edirəm.

Qəçrəş-Xınalıq yolundan çəkdiyim qısa video yəqin ki, sizə maraqlı gələr 🙂

 

blog promo

 

Advertisements

3 thoughts on “Xınalığa necə getdim?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma