London metrosu haqqında

London metrosu və ya ingilislərin dediyi kimi Underground ilk dəfə 154 il bundan öncə – 1863-cü ildə istifadəyə verilib. Bu dünyada ilk yeraltı dəmir yolu xəttidir. Londonda metro ucuz deyil, dünyanın ən bahalı nəqliyyatlarındandır. Ən ucuz gediş 2.4 funtdur (5.6 AZN). Metro kartı olan Oyster Carddan istifadə adi kağız biletdən istifadədən daha sərfəlidir. Kartın qiyməti 5 funtdur və aldığınız gündən 3 gün sonra kartı qaytarıb pulunuzu geri ala bilərsiniz. London metrosunun şəbəkəsi  çox genişdir və mərkəzdən 55-60 km məsafəyə qədər uzanır. LONDON FAREMetro 9 zonaya bölünür və kartınızdan pul metroya girəndə yox, çıxanda çıxılır. Buna səbəb isə səfər etdiyiniz stansiyadan asılı olaraq qiymətin dəyişməsidir. Bu linkdə hansı stansiyadan hansına gedəcəyinizi qeyd etməklə səfərin qiymətini öyrənə bilərsiniz. Bu məlumat sizə ev/otel/hostel seçəndə də lazım ola bilər.

https://tfl.gov.uk/fares-and-payments/fares/single-fare-finder

Stansiya sayı 270, xətt sayı isə 11 olduğu üçün London metrosundan istifadə bir qədər qəlizdir. Bunun üçün bir stansiyadan digərinə necə getmək lazım olduğunu bilmək üçün çoxlu aplikasiyalar yaradılıb, elə google map vasitəsi ilə də öyrənmək olar. Amma sizə aşağıdakı linki təqdim edirəm.

https://tfl.gov.uk/plan-a-journey/

Bu linkdə hardan hara və nə vaxt  gedəcəyinizi qeyd etməklə səfər marşrutunu görə bilərsiniz.

London metrosu haqqında bəzi maraqlı məlumatları paylaşıram.

Stansiya sayı

270

İllik sərnişin  daşınması

1.37 milyard

Metro xətlərinin uzunluğu

402 km

Ən sıx metro stansiyası

“Waterloo” st. – illik 100.3 milyon sərnişin

Qatarların illik kilometrajı

83.6 milyon km

Qatarların orta sürəti

33 km/s

Ən uzun tunel

27.8 km “East Finchley”-dən  “Morden”-ə

Ən uzun eskalator

60 metr – “Angel” stansiyası

Ən çox platforması olan stansiya

10 platforma – “Baker Street” stansiyası

Stansiyaya düşən ən dərin lift

55.2 metr –  “Hampstead” st.

Stansiyalar arası ən uzun məsafə

6.3 km – “Chesham”-dən “Chalfont & Latimer”-a

Stansiyalar arası ən qısa məsafə

0.3 km “Leicester Square”-dən “Covent Garden”-ə

Ən uzun bir başa yol

54.9 km  “Epping”-dən “West Ruislip” stansiyasına

 

Gündəlik biletlərin qiymətlərini isə bu linkdən öyrənə bilərsiniz.

http://content.tfl.gov.uk/adult-fares.pdf

Oxuyun-Paylaşın-Peşəkarlaşın


blog promo

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma