Türk Hava Yolları ilə pulsuz uçmaq imkanları haqqında

Türk Hava Yollarında mil qazanıb pulsuz uçmaq imkanı olduqca çoxdur. Bütün mümkün variantları aşağıda sadalayacam. Amma bundan əvvəl gərək THY loyallıq proqramı olan Miles&Smiles-a qoşulasınız. Qoşulmaq üçün link:

https://www4.thy.com/tkmiles/membersignin.tk?lang=en

Qoşulduqdan sonra kartınız ya evinizə gəlir, ya da İstanbul aeroportunda olanda yerində götürə bilərsiniz.

Keçək mil qazanmaq qaydalarına. Onlar aşağıdakılardır.

Uçuş

Əgər siz THY ilə deyil, “Star Alliance” üzvü olan  Brussel Airlines, LOT Airlines, Lufthansa, Austrian, United, Air Air Canada, Thai Airlines və s. şirkərlə uçursunuzsa bu zaman sizin mil hesabınıza millər əlavə olunur.

Otel

Hilton Hhonors, Best Western, Kempinski, Radisson, Rixos otellər şəbəkəsində gecələyən qonaqlar mil hesabını asanlıqla artıra bilər. Bundan əlavə olaraq, booking.com saytında Miles&Smiles hesabınız üzərindən otel bronlasanız ödədiyiniz məbləğdən asılı olaraq millər əlavə olunacaq.

Bakcell

Bütün Bakcell abunəçiləri istifadə etdikləri hər 1 manat üçün 3 milə qədər bonus qazana bilərlər. Bunun üçün  www.ulduzum.az/az/traveller-register linkində qeydiyyatdan keçmək lazımdır. Ətraflı: http://ulduzum.az/az/8/newsID/2-uvelicte-kolicestvo-miley-s-bakcell-ulduzum. Mən artıq bir neçə aydır qoşulmuşam və 200 milə yaxın bonus qazanmışam.

Rent a Car

Europcar, Sixt, Hertz şirkətlərində maşın kirayə edənlər hər kirayə üçün 500 mil qazanır.

Tibb xidmətləri

Memorial və Medicana hospitallarında tibbi xidmətlərdən istifadə edənlər 500 mil qazanır.

Əyləncə

İstanbulda yerləşən Vialand əyləncə mərkəzində xərclənən hər 1 TL sizə 6 mil qazandırır.

İstanbul Aquarium-da xərclənən hər 1 TL sizə 4 mil qazandırır.

Mil qazanmaq haqqında ətraflı məlumata bu linkdə baxa bilərsiniz.

https://p.turkishairlines.com/en-az/miles-and-smiles/program-partners/index.html 

Milləri biletlərə çevirmək olduqca asandır, bunun üçün sayta Miles and Smiles hesabında daxil olmaq lazımdır. Biletin qiymətini millə ödəyirsiniz, amma aeroport xərcələrini kartınızla ödəməlisiniz. Normalda bu məbləğ cüzi olur.

Advertisements

2 thoughts on “Türk Hava Yolları ilə pulsuz uçmaq imkanları haqqında

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma