Sizə bir sirr açım..

Türk Hava Yollarının endirim kampaniyasından yəqin ki xəbəriniz var. Belə ki, Bakı-İstanbul-Bakı 159 avro, Gəncə-İstanbul-Gəncə isə 119 avroya təklif olunur. Qiymətə 30 kq baqaj, 8 kq qədər əl baqajı, təyyarədə isti yeməklə qidalanma, təyyarədə onlayn yer seçimi daxildir. Amma əsas demək istədiyim bu deyil. TK1.JPGMisal üçün, mən Bakıdan THY ilə Londona uçmaq istəyirəm. THY rəsmi saytında Bir tərəfə Bakı, digər tərəfə isə London yazıram, tarixi əlavə edib axtarış verirəm. Gördüyünüz kimi qiymət 544 avro göstərilib. İndi isə eyni tarixə İstanbul-London-İstanbul reysinin qiymətini axtarışa verirəm. Nəticə aşağıdakı kimidir: tk2.JPG

Cəmi 130 avro. Bakıdan İstanbula uçuş isə yazının əvvəlində qeyd etdiyim kimi 159 avrodur. 130+159=289 avro. Əgər bu formada, yəni Bakı-İstanbul-Bakı və İstanbul-London-İstanbul biletlərini ayrılıqda alsanız 255 avro qənaət etmiş olacaqsınız. Eyni qayda digər reyslərə də aiddir. Biletləri 31 oktyabra kimi http://www.turkishairlines.com saytından ala bilərsiniz. Bileti alarkən, Miles&Smiles nömrənizi də qeyd edin ki, millər avtomatik hesaba əlavə olunsun.

PS. Tranzit və ayrı-ayrı alınan biletlərin bəzi fərqləri var. Belə ki ayrı-ayrı olan biletlərdə baqajınızın son məntəqəyə avtomatik olaraq çatması və boarding cardınızı Bakıda (və ya başqa şəhər) aeroportda etməyi xahiş edin. Həmçinin çalışın ki, uçuşlar arası koridor 3-4 saat olsun. Gecikmə ehtimalı olsa digər təyyarəyə çatasınız.

Oxuyun-Paylaşın-Peşəkarlaşın

blog promo

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s