Azərbaycanda olan bir çox gölü görmüşəm. Qaranohur gölünə ilk dəfə idi ki, gedirdim. Dəniz səviyyəsindən 1550 metr hündürlükdə olan göl dağların əhatəsində yerləşir. Avtomobilimlə İsmayıllının Talıstan kəndinə kimi getdik, ondan sonra isə səfəri piyada davam elədik. Yürüş olduqca maraqlı keçdi. Dağ çayı, ağacların rəngli yarpaqları, meşə meyvələri səfərə rəng qatırdı. 2 saat 45 dəqiqədən sonra gölə çatdıq.
Dağı qalxmaq çətin idi, çünki cığır ensiz və nahamar idi. Bəzi yerlərdə sərt yoxuşlar var idi ki, bu da qalxmağı çətinləşdirirdi. Amma Qaranohur gölünü görəndən sonra bütün bu yorğunluğu unudursan və sənə görüntüdən zövq almaq qalır.
Xərclər
Bu tip səfərlərdə biz qida və çayı evdən götürməyi üstün tuturuq, hər şey çöl şəraiti üçün. Bir nəfər üçün təxmini 6-7 AZN xərc olacaq.İcazə verildiyi halda ocaq qalayıb çay və kofe də dəmləmək olar. Bakıdan Talıstan kəndinə gediş-gəliş məsafəsi təxmini 350 km-dir. Bu yola mən öz Chevrolet Aveo avtomobilimlə təxmini 21-22 manatlıq benzin sərf etdim. Dörd nəfərə böləndə bir nəfərə 5.5 AZN düşür 🙂 Əladır.
Fotolar üçün Fəxriyə təşəkkür edirəm. Bəzi fotoları mən çəkmişəm, məncə hiss olunacaq hansı peşəkardır, hansı həvəskar 🙂
Səfərin geniş videosu
Videoda yol, benzin sərfiyatı, gölün cığırı haqqında görüntülər var.
Oxuyun-Paylaşın-Peşəkarlaşın