Bu qala – Çıraqqala

5-ci gün idi, dostum Fəxri yazdı ki, sabah gedək Əmbil gölünə. Nə isə razılaşdıq. Amma dedi ki, alternativ kimi Qalaaltına da gedə bilərik. Yaxşı hazırlaşdıq, şənbə günü səhər 8-də Fəxrini götürdüm, yola düzləndik. Hələ hara gedəcəyimizə tam qərar verməmişdik, amma Quba yolu ilə gedirdik. Niyyətimiz Əmbil gölü idi əslində ta ki, Fəxri yoldan Çıraqqalanı göstərənə kimi. Siyəzənə dönən körpünün altında dayandıq və qərara gəldik ki, Çıraqqalaya gedək. Məncə ən doğru seçimi etdik 🙂

 

Çıraqqala haqqında burdan  oxuya bilərsiniz. Ora getmək üçün maşınla Qalaaltı istirahət mərkəzinin qarşısındakı dayanacağa kimi getdik. Çantalarımızı və lazımı vəsaitlərimizi götürüb kəndin içi ilə meşəyə girdik. Kəndin içindən başlayan palçıqlı yol düz qalaya kimi davam elədi. Amma səfərin ən maraqlı tərəfi bu deyildi 🙂 Deməli onsuz da dik olan meşəni qalxdıq-qalxdıq axırı getdik qayaya dirəndik. Qayanın dibi ilə çox narahat keçid var idi. İnandırım sizi, geriyə yıxılmamaq üçün topa otlardan tutaraq keçdim o qayanı 🙂 Meşə çox gözəl idi. Payızın gəlişi ağacların yarpaqlarını çox gözəl edib. Meşədə dərin bir sakitlik var idi. Təxmini 2 saat sonra qalaya çatdıq.

 

Qaladan açılan mənzərə çox gözəldir. Aşağıda külək olmasa da, yuxarı çox küləklidir, tez-tez duman gəlib gedirdi və bu havanı daha da soyudurdu. Hardasa 4 saat qalanın yanında olduq. O qədər gözəl idi ki, adam heç ayrılmaq istəmirdi. Bu ayrılmaq istəməmək sevdası bizi gecikdirdi. Hava qaralırdı və gəldiyimiz yoldan da sağ salamat düşmək alınmayacaqdı. Dedik, maşın yolu ilə düşək. Nə isə bir az getdik. Fəxri google mapsı açdı. Orda gördü ki, qaya bitən yerin yanından düşə bilərik, qısa yoldur. Qayanı isə google mapda çəkilən şəklinin kölgəsindən sezmək olurdu. Beləliklə aşağıdakı şəkildə sizə getdiyimiz (yaşıl) və qayıtdığımız (qırmızı) yolu göstərirəm. Aşağıdakı isə maşın yoludur.

Ciraqqala.png

Qayıdanda o qədər tələsdik ki, 40 dəqiqəyə düşdük, kəndə çataçatda meşədən çaqqalların ulamaq səsi gəlirdi 🙂

Fotolar üçün Fəxriyə təşəkkür!

Sonda ənənəvi olaraq sizə Bakıdan Qalaaltına kimi olan benzin sərfiyyatını yazıram.  1.6 motorlu avtomobil üçün:

Gediş-gəliş məsafəsi: 250 km * Benzin sərfiyyatı cəmi: 15 AZN * 6.4L = 100 km

Səfərin geniş videosu

Oxuyun-Paylaşın-Peşəkarlaşın

blog promo

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma