Bakı-Sofiya. İlk reys

16 yanvar 2018-ci il. Buta Airways-in çoxdan gözlənilən Bakı-Sofia reysinin ilk uçuşu axır ki gerçəkləşdi. İlk reysdə mən də iştirak elədim və bu bloqda öz təəssuratlarımı yazacam.

İlk olaraq vizadan başlayım. Bolqarıstana getmək üçün ya çoxgirişli şengen vizanız, ya da Bolqarıstan vizası olmalıdır. Məndə birinci olmadığı üçün Bolqarıstan vizası alası oldum. Sənədlərin siyahısı şengen ilə eynidir, sadəcə əlavə tələb kimi, oteli/hosteli ödənişli istəyirlər. Viza rüsumu 35 avrodur və yalnız avro olaraq qəbul olunur. Vizanı iki günə verdilər. Bolqarıstanın turizm potelsialı haqqında burdan oxuya bilərsiniz. Viza ilə bağlı hər hansı sualınız varsa konsula email yaza bilərsiniz: Embassy.Baku@mfa.bg

Bakıdan Sofiyaya uçuş həftədə bir dəfə – Çərşənbə axşamı günü (İkinci gün) səhər saat 08:30-da Terminal 2-dən (Köhnə terminal) olur. Ümumiyyətlə Buta Airwaysin bütün uçuşları Teminal 2-dən olur, amma təyyarələr Teminal 1-ə gəlir. Bu reys ilk olduğu üçün uçuş yeni terminaldan edildi (Teminal 1). Uçuşa üç saat qalmış aeroportda idim və prosesi lap başdan izləmək istəyirdim. Yavaş-yavaş ilk sərnişinlər gəlməyə başladılar. Mənim biletim “Super” tarif olduğu üçün 23 kq baqaj, 10 kq əl yükü və pulsuz qeydiyyat biletin tarifinə daxil idi. Bu tip bilet bir tərəfə 76 avrodan başlayır. Ən ucuz tarifli bilet isə 29 avrodan başlayır. Bu halda aeroport qeydiyyatı 3 avrodur, online (uçuşa 24 saat qalmışdan) və ya aeroportda olan qeydiyyat maşınlarından isə da pulsuz qeydiyyat edə bilərsiniz. Bileti http://www.butaairways.az saytından ala bilərsiniz.

Qeydiyyatdan sonra yollandıq Gate-ə, yəni təyyarəyə minlən qapıya. Rəsmi mərasim başa çatandan sonra minik yekunlaşdı və təyyarə uçuş zolağına doğru irəlilədi. Bir neçə saniyə içində 106 nəfərlik Embraer 190 təyyarəsi səmaya qalxdı 🙂 Uçuş zamanı mənim ən sevdiyim an təyyarənin səmaya qalxdığı andır, o zaman onun motorlarının günücü tam olaraq hiss edirsən və bu inanılmaz adrenalin verir.

Təyyarə haqqında onu dəyə bilərəm ki, kifayət qədər rahat və geniş oturacaqları var. Oturacaqlar arasındası məsafə uçuş zamanı sizi sıxmır və ayaqlarınızı tam uzatmağa imka verir, hətta digər low-cost aviaşirkətlərdən fərqli olaraq Butanın oturacaqları irəli geri gedir və da uçuş zamanı dincəlməyə kömək edir. İlk uçuş münasibəti ilə Buta Airways hər kəsə isti yemək və müxtəlif şirniyyatlar təqdim elədi. Sosisli püre çox dadlı idi 🙂 Regulyar reyslərdə sendviç və su pulsuzdur, isti yeməyi isə uçuşdan 20 saat əvvələ kimi sifariş edə bilərsiniz, 7.9 avrodan başlayır.

Uçuş zamanı kapitandan xahiş elədim ki, pilot salonunu çəkim, ilk reys olduğu üçün sağ olsun, xətrimə dəymədi, təyyarə və pilotluq haqqında da suallarıma cavab verdi 🙂

Uçuş üç saat yarım çəkdi və biz nəhayət qarlı Sofiyaya endik. Təyyarə dövlət işçiləri üçün nəzərdə tutulmuş terminalın qarşısında dayandı və Azərbaycandan gələn ilk sərnişinlərin şərəfinə qızmızı xalça salınmışdı. Sərnişinləri milli geyimdə duz və çörəklə qarşıladılar. Kameralara mən də düşdüm 🙂 Daha sonra rəsmi tədbir başladı. Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşları ilə tanış oldum. Vüsal bəy və Zülfiyyə xanıma köməklikləri üçün təşəkkür edirəm.

Yavaş-yavaş şəhərin özünə getmək lazım idi. Sofia haqqında növbəti bloqumda ətraflı yazacam.

Uçuşun videosu:

Oxuyun – Paylaşın – Peşəkarlaşın

Bloqumu sosial şəbəkələrdə izləyin:

facebook.com/azikiss.me instagram.com/azikiss.me

Advertisements

2 thoughts on “Bakı-Sofiya. İlk reys

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s