Ohrid, dərdim mənim!

Sofiyada iki gün qalandan sonra əvvəlcədən planladığım kimi Makedoniyanın Ohrid şəhərinə gedəcəkdim. Bu şəhərə getməyimi dostlarım – Baba və Ülfanə tövsiyyə etmişdilər. Bileti avtovağzaldan 48 levə aldım (50 AZN). Qeyd edim ki, beynəlxalq reys olduğu üçün əvvəlcədən onlayn almaq mümkün olmadı. Axşam saat 7-də avtobus yola çıxdı. Avtovağzalın exchange-ində artıq qalan levlərimi avroya dəyişdim, Makedoniya dinarları qalmamışdı. Avtobus Mersedes Sprinter idi, cəmi 7-8 nəfər var idi. Wi-Fi və rahat oturacaqlar yolboyu darıxmağa imkan vermədi. Hardasa iki saat sonra Makedoniya ilə sərhədə çatdıq.

Azərbaycan vətəndaşları üçün Makedoniyaya daxil olmaq vizasız və ödənişsizdir.

Sərhədçi avtobusa daxil olaraq pasportları yığdı, hardasa iyirmi dəqiqə- yarım saat sonra möhürləyib qaytardı, eyni şey Makedoniya tərəfində də oldu. Heç bir sorğu-sual və avtobusdan düşmək olmadı. Sərhədyanı ərazi dağlıq olduğundan güclü qara düşdük, amma sürücü olduqca ehtiyatlı və təhlükəsiz idarə edirdi. Və nəhayət gecə saat 3-də gəldim çıxdım Ohridə. Hər yer buz idi 🙂

Makedoniyaya İstanbuldan təyyarə ilə də gedə bilərsiniz.

Avtovağzaldan qalacağim evə hardasa 1 km məsafə var idi. Taksiyə 1 avro verdim, 3 dəqiqəyə çatdırdı evə. Əvvəldən ev sahibinə gec saatlarında gələcəyimi və erkən giriş (early check in) edəcəyimi demişdim. Qapını döydüm, ev sahibəsi yaşlı nənə qapını açdı. Və pozitiv üç gün başladı. Təsəvvür edin, nənə nə ingilis, nə rus, nə də türk dilində bilmir, mən də makedonca bilmirəm, amma ilahi, bir birimizi necə gözəl anlayırıq 😀 Çox möhtəşəm insan idi. Adama özünü elə gözəl hiss elətdirirdi ki, bir anlıq eləbildim öz nənəmdir. Gec gəldiyim üçün mənə çay və pirojna verdi. Bir də miqrasiya sənədlərimi doldurmağımı xahiş elədi. Nəysə doldurdum anketi, apardı məni otağa. Trpeski adlanan bu qonaq evi üç mərtəbəli villadan ibarətdir, birinci mərtəbəsində ev sahibəsi öz qalır, digər iki mərtəbəni isə kirayə verir. Mənə bir nəfərlik, balkona çıxışı olan otaq ayırmışdı. Otaq sadə idi, yağ radiatoru ilə qızıdırılırdı. Sanitar qovşaq eyni mərtəbədə idi, daim isti su var idi 🙂 Erkən yerləşmə də daxil 3 gecə üçün nənəyə 20 avro ödədim. Booking.com linki: http://www.booking.com/Share-ho0RiA

Nə isə, səhər açıldı, geyindim ki, çıxım şəhərə elə aşağı düşmüşdüm ki, nənə qarşımı kəsdi, ki, bəs hara gedirsən gəl sənə çay, çörək verim 🙂 Ay nənə, etmə eləmə, özüm alaram, xeyiri yoxdur. Gəldim mətbəxə, məni özü hazırladığı əncir mürəbbəsi, isti çay və bibər ikrasına qonaq elədi. Çox dadlı idi. Təşəkkür edib çıxdım şəhərə. Evdən üzüaşağı düz Ohrid gölünün sahilinə düşdüm. Hava soyuq, amma günəşli idi. Ohrid şəhəri, Ohrid gölünün sahilində yerləşir. Gölün bir hissəsi də Albaniya ərazisinə düşür. Əhalinin 80%-i makedon, qalan 20%-i isə alban, türk və digər milli azlıqlar təşkil edir. Xristian dininə olduqca bağlıdırlar, buna görə də Ohridi Avropanın Qüdsü adlandırırlar. Şəhərdə 14-cü əsrdən qalan çoxlu kilsələr var, balaca böyük, həddən artıq çoxdur, əsas da old city hissəsində. Dərinliyi 288 metr olan Ohrid gölü isə Balkanların ən dərin gölüdür və çox təmiz suyu var, iyul, avqust aylarında burda Avropadan çimərlik üçün gələnlər çox olur.

Sahillə gəzdikdən sonra 8 avroya individual qayıq turuna çıxdım. Normalda 20 avrodur və 12 nəfərlikdir, amma mən tək olduğum üçün 8 avroya razılaşdıq. 40 dəqiqəlik tur çox əla keçdi. Qayıqçı gölqırağındakı öz evini də göstərdi. Təsəvvür edin, qayığı evinin qarşısında saxlayır 🙂

Daha sonra old city-ə getdim, göllə qayanın arasında estakadalar quraşdırılıb onunla getdim çıxdım 1447-ci ildə tikilmiş St. Jovan Kaneo kilsəsinə. Kilsə qayanın burnunda yerləşir və ordan şəhər və gölə gözəl mənzərə açılır. Ordan da meşənin içi ilə Çar Samuelin qalasına getdim. Qaladan isə yenidən başqa yolla köhnə şəhərə düşdüm.

Növbəti gün şəhərdə müqəddəs suda yuyunma ritualı – dini tədbiri, bayramı olacaqdı, odur ki səhər tezdən oyanıb birbaşa gölə istiqamətləndim. 50 min sakini olan şəhərin bəlkə də yarısı gölün sahilində idi. Yüzlərlə xalatlı – gölə girmək istəyən insan sahildə keşişin ayini bitirməyini gözləyirdi. Daha sonra hamı gölə axışdı, mənim gödəkcədə üşüdüyüm bir halda insanlar o soyuq göldə ləzzətlə yuyunurdular 🙂 Daha sonra isə axşama kimi restoranlardan, küçələrdə musiqi, yeyib içmək )) Küçədə pulsuz isti spirtli içki – rakiliya paylayırdılar, “zakuska” kimi isə duzlu xiyar və bibər idi.

Tədbir bitəndən sonra gölün sahili ilə çimərliklər tərəfə getməyə başladım. Çimərlikləri daşlı və qumludur, çoxlu çimərlik kafeləri var. Böyük məmnuniyyətlə yayda bir daha gedərdim ora. Axşamüstü tripadvisordan tapdığım VIVA Ksantika kafesində Mavrovo foreli yedim. İnanılmaz dərəcədə dadlı olan bu balıq porsiyasının qiyməti 12 manat idi.

IMAG6300

Beləliklə, Ohrid şəhərinə səfərim yekunlaşırdı və növbəti gün Albaniyanın paytaxtı Tiranaya yollanacaqdım. Bu haqda isə gələn bloqlarda 🙂

Oxuyun – Paylaşın – Peşəkarlaşın

Bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me Instagram.com/Azikiss.Me

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma