Bolqarıstan Vizası

Bolqarıstana daxil olmaq üçün ya aktiv multi şengen, ya Rumıniya, Xorvatiya multi vizası, ya da Bolqarıstan milli vizası olmalıdır. Bolqar vizası almaq üçün ilk öncə bu anketi doldurmaq lazımdır: https://goo.gl/YY7gvh

Tələb olunan sənədlər:

  • 3×4 şəkil
  • Otel bronu (ödənilmiş olmalıdır)
  • Bank hesabınızdan son üç ayın çıxarışı. Hesabınızda olan məbləği hər gün üçün təxmini 80-100 AZN nəzərdə tutun və üstünə aviabiletin qiymətini də əlavə edin.
  • Aviabilet bronu
  • Səyahət sığortası
  • İş yerinizdən arayış (maaş və vəzifə göstərilməklə)
  • Şəxsiyyət vəsiqəsi və passportun əsli və nüsxəsi
  • 35 avro. Pulu yalnız avro olaraq və tam 35 avro aparın
  • Doldurulmuş anket
  • Əgər varsa öncəki şengen və ya bolqar vizalarının kopyası

Təqaüdçülər və 12 yaşdan aşağı uşaqlar üçün viza ödənişsizdir. Sənədləri həftəiçi 11:00-12:30 arası Hüseyn Cavid pr. 30 ünvanında (Texniki Universitetin yanı) yerləşən Bolqarıstan səfirliyinə təqdim edə bilərsiniz. Bunun üçün vaxt götürməyə ehtiyac yoxdur. Pasport 2-3 günə qaytarılır. Səfirliyin əlaqə vasitələri:

Email: visa.baku@mfa.bg / Nömrə: (012) 538 69 71

Qeyd edim ki, Buta Airways yanvar ayından etibarən Bakı-Sofiya-Bakı birbaşa reysini edir. Gediş-gəliş biletinin qiyməti 120 manatdan başlayır.

Oxuyun-Paylaşın-Peşəkarlaşın

Bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

Advertisements

One thought on “Bolqarıstan Vizası

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s