Bakı-Nyu York reysi. 13 saat necə keçdi?

Nyu York reysinə aviabilet seçmək haqqında  araşdırma aparmış və bötöv bir yazı yazmışdım. Araşdırmalarımın nəticəsi olaraq AZAL-ın Bakı-Nyu York reysi ilə uçacaqdım. Ötən postda isə uzun səfərə hazırlaşmaq haqqında danışmışdım. Bu dəfə isə səfərin özü haqqında danışacam. Qısa danışacam, çünki daha geniş və  səfər haqqında geniş video hazırlamışam.

Check in, Security check və Boarding

Uçuş saat 05:00-da olduğu üçün təxmini saat 3-də aeroportda idim. AZAL-ın bütün reyslərində olduğu kimi bu reysdə də A zonasından qeydiyyat edilirdi. ABŞ reysi olduğu üçün təhlükəsizlik qaydaları daha bir neçə əlavə mərhələli idi. İlk viza yoxlanışı hələ check in-ə gedən yolda başladı. Amma 1-2 dəqiqəlik qısa sorğu-sualla bitdi, check in elədik, minik talonunu (Boarding card) götürdük, yollandıq pasport yoxlanışına. Qeyd edim ki, Bakı-Nyu York reysinə ekonom sinifdə iki ədəd 23 kq baqaj verilir. Bu reysin təhlükəsizlik yoxlanışını da A zonasında olan yerdən etmək lazımdır, səhvən B zonasına getmişdim, qaytardılar )) Duty Free-dən sonra öz Gate-mizə getdik, orda təkrar, sonuncu yoxlanış oldu. Minikdə (Boarding) növbə böyük idi, çünki təyyarə tam dolmuşdu. Bu reysin özəlliyi odur ki, çox multikulturaldır, təyyarədə həmvətənlətimizdən əlavə, gürcülər, iranlılar, yəhudilər də çox idi.

 

Uçuş

Uçuş Boeing 787-8 Dreamliner təyyarəsi ilə həyata keçirilir. Bu təyyarə haqqında bir söz demək olar: MÖHTƏŞƏM! B777-dən sonra mindiyim ikinci geniş gövdəli təyyarə idi bu. Salonda səs az idi. Uzun uçuşlarda yatmaq üçün bu yaxşı amildir. Təyyarə hündürlüyü alan kimi yemək menyusunu sərnişinlərə verdilər. İlk olaraq səhər yeməyi, sonra nahar, təyyarə enənə yaxın isə sendviç verdilər. Yeməklər dadlı və doyumlu idi. Təyyarənin oturacaqları arxaya çox getdiyi üçün rahat yatmaq, dincəlmək olurdu ki, çox adam da belə edirdi. İlk 8 saat deyərdim ki, asan keçdi. Sonrakı 4 saat isə bir qədər “yavaş” gedirdi 🙂 Monitorda bir film seçib baxdım, bununla vaxtı keçirdim. Təyyarənin enməsinə hardasa 2 saat qalmış ABŞ Sərhəd və Görmrük idarəsinin deklarasiya kartını sərnişinlərə verdilər ki, onu dolduraq.

Uçuşdan sonra

Təyyarə Nyu Yorkun John F. Kennedy aeroportunun 1-ci terminalına enir.  Birbaşa passport controla getdik. Növbə yox idi, təkcə bizim reysin sərnişinləri yaxınlaşırdı. Deməli, aeroportda maraqlı bir sistem yaradıblar, Global Entry adlanır. Daha öncə bu haqda eşitməmişdim. Bu avtomatlaşdırılmış pasport control qurğusudur. Passportdakı vizanı aparata oxutdurursan, barmaq izlərini verirsən, aparat şəklini çəkir və monitordakı sualla cavab verirsən. Sonda bir qəbz çıxır və onunla gedirsən sərhəd zabitini yanına, o isə sadəcə pasporta baxır, sənə məxsus olub-olmamasını yoxlayır və möhür vurub qaytarır. Məndən haralara gedəcəyimi də soruşdu, amma heç sona kimi qulaq asmadi cavabıma 🙂 Təyyarədən enəndən təxmini 40-50 dəqiqə sonra artıq baqajımızı da götürüb aeroportun çölündə idik.

Aeroportdan şəhərə

Kennedy aeroportundan şəhərə getmək üçün ictimai nəqliyyatın ən rahatı AirTraindir. Adından da bəlli olduğu üçün bu hava ilə hərəkət edən qatardır. AirTrainlə Jamaica stansiyasına kimi, ordan isə şəhərin istənilən hissəsinə gedə bilərsiniz. AirTrainə minik biletsizdir, amma bileti Jamaica Stationda alırsınız, 5 avrodur.

Uçuşun videosuna aşağıda baxa bilərsiniz.

Bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

Oxuyun-Paylaşın-Peşəkarlaşın

Advertisements

2 thoughts on “Bakı-Nyu York reysi. 13 saat necə keçdi?

  1. Maraqli meqale idi, teshekkur. Amma deqiqleshdirim ki, Airtrain bileti pulsuz deyil. Siz jamaicaya kechid etdikde metrocard alirsiniz. Bu kartdan airtrain pulu da chixilir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s