Rumıniya vizası necə aldım?

Ötən həftə Ruminiya səfirliyində oldum. Növbəti səfərim üçün viza lazım idi. Aktiv şengen vizam olmadığı üçün Ruminiyaya giriş üçün Ruminiya milli vizası lazım idi. Səfirliyə getməzdən öncə isə konsula elektron məktub yazıb tələb olunan sənədləri və şərtləri öyrənmişdim. Onlar aşağıdakılardır:

  • Etibarlı passport (İstifadəsinin bitmə müddətinə Ruminiyadan çıxış günündən ən gec 3 ay qalmış);
  • http://evisa.mae.ro/home ünvanında online müraciət. Viza növü kimi “C/TU visa (short-stay visa for tourism)” seçin. Nəzərə alın ki, sayta əlavə etdiyiniz sənədlərin kopyası ilə səfirliyə təqdim etdiyiniz sənədlər eyni olmalıdır.
  • Səyahət günlərini əhatə edən 30 min avroluq səfər sığortası
  • Aviabilet və otel/hostel bronu
  • Bank hesabınızdan çıxarış, bankdan məktub (10 günə qədərlik səfər üçün hesabda minimum 500 avro (600 USD, 1000 AZN) və daha çox olmalıdır, 10 gündən çox olan səfərlər üçün gündəlik 50 avro hesablanıb, səfər günlərinin ümumi sayına vurulmalıdır.)
  • İki ədəd 3×4 ölçülülü, ağ fonda, rəngli çəkilmiş foto
  • 42 USD ödəniş. Ödənişi səfirlikdə dollar şəklində nağd ödəyirsiniz.

Qeyd. 3 iyuldan etibarən WizzAir Kutaisidən Buxarestə birbaşa reysə başlayacaq.

http://evisa.mae.ro/home ünvanında onlayn müraciət formasını doldurandan sonra təsdiqləyin və göndərin. Ən geci növbəti gün sizə müraciətin səfirlik tərəfindən təsdiqlənməsi və səfirlik tərəfindən göndərilən qəbul vaxtı haqqında yeni məktub gələcək. Göstərilən vaxtda yuxarıda tələb olunan sənədlərlə birlikdə səfirliyə gedin. Daha sonra müraciətinizin statusunu elə həmin saytda “check” bölməsində izləyə bilərsiniz. 1-2 iş gününə pasportunuz qaytarılacaq.

ruminya

Konsulluq xidməti haqqında sualınız olsa, baku.consul@mae.ro ünvanına yaza, +994 12 465 09 24 nömrəsinə zəng edə bilərsiniz. Səfirlik Həsən Əliyev 125A ünvanında yerləşir.

Konsulluqda vaxtında oldum, konsul çox mehriban və səmimi qarşıladı. Pasportum mənə lazım olduğu üçün xahiş elədim ki, vizanı qısa müddətdə vursun və pasportu qaytarsın. Sağ olsun, cənab Mirika, vizamı 20 dəqiqə ərzində hazırladı, pasportu qaytardı. Əgər Ruminiya yanaşı, qonşu ölkələrə də gedəcəksinizsə iki və ya çoxgirişli viza verilməsini xahiş edə bilərsiniz. Əlavə olaraq onu deyim ki, Ruminiyanın çoxgirişli vizası ilə Bolqarıstan və Xorvatiyaya da giriş edə bilərsiniz.

Bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

OXUYUN-PAYLAŞIN-PEŞƏKARLAŞIN

 

Advertisements

8 thoughts on “Rumıniya vizası necə aldım?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s