Moskovski konfet

Yəqin ki, Azərbaycanda məndən başqa hamı Moskvada olmuşdu. Nəsə iş elə gətirdi ki, ötən həftə gözəl insanlarla birlikdə üç günlük Moskva səfərində olduq. Uçuş AZAL ilə, təyyarəmiz isə Airbus 320 (4K-AZ78) idi. Təyyarənin 11 yaşı olmasına baxmayaraq, salonu səliqəli və təmiz qalıb. Uçuş yaxşı keçdi, gecikmə olmadı. Enənə yaxın bu şəhərin sanki meşə içində tikildiyi görnürdü. Həqiqətən də Moskva meşə içində şəhərdir. Moskvanın Vnukovo aeroportuna endik. Yaman xoşuma gəldi bu aeroport, işıqlı və genişdir.

Aeroportdan şəhər mərkəzinə qatar, avtobus və taksi ilə getmək olar. Aeroexpress adlanan qatarla 45 dəqiqəyə Kiyevski vağzalına getmək mümkündür, qiyməti 420 rubldur (12 AZN). Bu gündüz vaxtı mərkəzə qısa zamanda çatmaq üçün ən yaxşı variantdır, çünki Moskva kimi nəhəng şəhərlərdə nəhəng tıxaclar həyatın bir hissəsidir. Orda gün ərzində 2-3 saat tıxacda qalmaq normal haldır 🙂 Aeroportdan şəhərə getmək üçün daha qənaətcil variant 911 nömrəli avtobusla Salarevo metro stansiyasına, ordan da metro ilə lazım olan yerə çatmaqdır. Metro və avtobusun bir gedişi 55 rubldur (1.5 AZN). Bu halda mərkəzə gəlməyiniz iki saata kimi çəkə bilər. Ümumiyyətlə Moskvada metro həyatın bir hissəsidir. Taksilərdən isə ən sərfəlisi Yandex Taksidir. Mobil əlavəsini yükləyərək sifariş edə bilərsiniz. Ödənişi nağd və ya kartla etmək olar.

Restonran və əyləncələr:

Moskva çayında kruiz

Bu xidməti Radisson Royal Moscow şirkəti göstərir. İki saat yarımlıq turda Moskva çayı boyunca əla mənzərələrin şahidi olursunuz. Gəmidə restoranlar da fəaliyyət göstərir. Qiyməti 1100 rubldan başlayır. Rəsmi sayt: http://www.radisson-cruise.ru/index_en.php

Restoran Ruski

Bu restoran Moscow City kompleksindəki OKO göydələninin 85-ci mərtəbəsində yerləşir. Mənzərəsi çox əladır. Xüsusən də gün batışını burdan izləmək əvəzolunmazdır. Dediklərinə görə Avropanın ən hündürdə yerləşən restoranıdır. Qiymətlər bir az bahadır, amma inanın o gözəlliyi görməyə dəyər. Rəsmi saytında menyu və reservasiya nömrəsinə baxa bilərsiniz. http://ruski.354group.com

Restoran Jiquli

Moskvanın mərkəzində, Arbatda olan və köhnə “stolovaya” dəbində olan bir restorandır. Jiquli pivəsinin adı verilən bu restoranda rus mətbəxinə aid demək olar ki, hər şey var.  Moskvada yaşayan dostum Ruslan bu kafeni çox sevir və qonaqlarını həmişə ora aparır. Mən paytaxt salatı, kartof qızartması, hisə verilmiş duzlu sala və ev üsulunda hazırlanmış kolbasa götürdüm. Kolbasa indiyə kimi yediyim ən dadlısı idi. Qiymətlər mərkəz olmasına baxmayaraq normal idi. Ünvan və mənyu bu saytda var: http://zhiguli.su

Masters&Margaritas kafesi

Bu kafedə ancaq kofe içdim, amma dizayn və abu hava əla idi. Patriarx gölünə yaxın bir yerdə idi. Həmin ərazi ümumiyyətlə çox gözəl idi. Daha çox yaşı 100 ətrafında əhatələnmiş binalar əsl rus arxitekturasını göstərirdi.

Kafenin google linki: https://goo.gl/maps/s4LGGFWAkEN2

 

Temple Bar

Bu bar Moskvada 8-ə yaxın restoranlar şəbəkəsidir. Avropa, rus və özbək menyusu təqdim edirlər. Restoranla yanaşı adətən çayxana və karaoke klub da olur. Abu-hava əla idi. Çayxana sakitlik idisə, restoranın özü səsküylü və əyləncəli idi. Orda isə quzu beli ilə kartof qızarması yedim. Çox yumşaq və dadlı idi. Qiyməti 650 rubl (21 AZN) idi 🙂

Menyu: http://www.templebar.ru/calaty/

 

BB Burgers

Dostum Muradın dəvəti ilə bu yerə getdik. Dediyinə görə Moskvada ən yaxşı burger verilən üç yerdən biridir. İki burger yedim, biri “Пьяная бабушка”, digəri “Al Paçino” adlanırdı. “Пьяная бабушка”-nın tərkibində qırmızı qarağat cemi də var idi, çox maraqlı dad idi. Ümumilikdə hər ikisi möhtəşəm idi. Əslində biri ilə də doymaq olur 🙂

Menyu: http://bbburgers.ru/menu/

Kosmos muzeyi

Daha öncə də kosmos tipli muzeydə olmuşdum, bu Vaşinqtonda idi. Amma Moskvadakı da pis deyildi. Hər halda kosmonavtika elminin yarandığı ölkələrdən biri olan Rusiyada ən azı bu muzey maraqlı olmalıdır. Muzeydə meteoridə toxunmaq, orbital stansiyaya daxil olmaq, kosmik gəmilərin böyük makertlərini görmək, kosmonavtların qidaları, geyimləri, əyləncələri haqqında hər şeyi əyani öyrənmək mümkündür.

 

“Moskovski konfet” Moskvadan gələn hər kəsin aldığı istənilən növ konfetlərin adıdır. Mərkəzdə çoxlu sayda “Krasniy Oktyabr” fabrikinin mağazaları var ki, ordan da konfet, şokolad ala bilərsiniz 🙂

Bakı-Moskva reysinin videosunu hazırlamışam. Aşağıda baxa bilərsiniz 🙂

 

 

Bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

 

OXUYUN-PAYLAŞIN-PEŞƏKARLAŞIN

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s