Nyu York-Bakı. Surpriz biznes klass uçuşu

15 günlük ABŞ-Kanada səfərini uğurla başa vuruqdan sonra Nyu Yorkdan Bakıya AZAL-ın birbaşa reysi ilə qayıtmaq üçün Kennedi aeroportuna yola düşdük. Nyu York kimi nəhəng şəhərdə təyyarəyə gecikmək riskini gözə aldığım üçün uçuşdan bir gün öncə aeroporta yaxın yerdə airbnb ilə kirayələdiyim yerdə- Queens-də qaldıq. Ordan aeroporta 12 dəqiqəlik yolçuluq oldu, uber cəmi 12 USD aldı. Aeroporta çatan kimi dərhal qeydiyyat masasına yaxınlaşdım ki, baqaj daşımaqdan canım qurtarsın ))

Və SURPRİZ! 😀

Qeydiyyatda olan əməkdaş bizi biznes masasına göndərdi ki, bəs siz ora yaxınlaşın. Yaxınlaşdıq. Masadakı türkdilli əməkdaş qeyd elədi ki, overbooking olduğu üçün sizin biletiniz biznes sinifinə, daha doğrusu AZAL-ın Comfort Club sinifinə dəyişdirilib. 15 günlük səfər bundan gözəl yekunlaşa bilməzdi! 🙂

Sonradan öyrəndim ki, AZAL-ın Boeing 787 Dreamliner və digər yeni geniş gövdəli təyyarələrində Ekonom, Comfort Club və VIP Club sinifləri var. Comfort Club təxmini digər təyyarələrdə olan Biznes sinifə yaxındır, bəzi hava yollarında bu sinif Premium Economy də adlanır.

Əlqərəz, minik talonunu alandan sonra yollandıq Air France-ın biznes zalına. Bu zala giriş Comfort Club sərnişinləri üçün pulsuzdur. Yeriniz məlum, yaxşı səhər yeməyindən sonra bir də ayıldıq ki, adımızı anons edirlər ki, harda qaldınız gəlin uçaq 🙂 Qaça-qaça Gate-ə çatdıq.

Təyyarəyə daxil olandan etibarən biznes sinifinə uyğun qayğı ilə qarşılandıq. Gödəkçəmi çıxaran kimi, stuardessa çox nəzakətlə xahiş elədi ki, onu təhvil verim, asılqandan assın 🙂 Yerimə əyləşən kimi isə limonadım gəldi 🙂

Oturacaq olduqca rahat idi, haradasa 60 dərəcə geri gedirdi. Ayağımı ha uzatdım, digər oturacağa çatmadı, yer o qədər böyük idi!

Yasdıq, ədyal, pijama və digər rahatlıq üçün ləvazimatlar uçuş boyu komfortu təmin elədi. 10 saat 40 dəqiqə necə keçdi, heç hiss olunmadı. Bir vacib məqam isə oturacağın altında telefon, noutbuk və digər cihazları zaryatkaya qoymaq üçün elektrik mənbəyinin olması idi. Ekonom sinifdə bu məsələ yoxdur. Yeməklər haqqında ayrıca bloq da yazmaq olar, amma yazmıram, çünki bloqun sonundakı videoda ətraflı göstərmişəm.  Qısası, möhtəşəm idi. Bakıya çatanda təyyarədən çıxış üçün növbəsiz keçid verildi, bundan əlavə olaraq Baku Clubda baqajımızı gözlədik, çay və şirniyyatlar pulsuz təqdim olundu. Çox da gözləmədik, çünki baqajımızda priority (öncəlik) stikeri var idi, bu da biznes sinifinin üstünlüyündən biridir. Həmişə baqajı ən gec çıxan Azərin bu dəfə baqajı ən tez çıxdı 🙂

Ev gələndən sonra Bakı-Nyu York-Bakı reysində Comfort Club sinifinə bilerin qiymətinə azal.az saytında baxdım, ekonomdan hardasa 60% bahadır,  yuxarıda sadaladığım üstünlüklərdən əlavə bu qiymətə iki ədəd 32 kq baqaj, iki ədəd 10 kq əl baqajı da daxildir. Bu uçuş yadımda qalan ən gözəl uçuşlardan biri oldu.  Düşünürəm ki, gələcək də bir daha bu sinifdən istifadə edəcəm 🙂

Sizə isə tövsiyyə edirəm ki, aşağıdakı videoya baxasınız. Videoda uçuşun demək olar ki, hər anı göstərilib. Gələcəkdə bu sinifi seçməyiniz üçün yaxşı stimul ola bilər 🙂

Bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

OXUYUN-PAYLAŞIN-PEŞƏKARLAŞIN

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s