Mil kartları. Hansı yaxşıdır?

Son zamanlar Azərbaycan bankları arasında sanki mil (miles) kartları arasında bir rəqabət var. İndiyə kimi SW Bankın AZAL-la müştərək “AZAL Miles” kartı var idisə, indi Unibankın “Unimiles”, Kapital Bankın isə “Birkart Miles” kartı da bu sektorda bazara təqdim olunub. Hər bir kartın öz özəlliyi var. Gəlin, lap əvvəldən başlayım.

AZAL Miles

azal

 

SW Bankın Classic/Standart, Gold, Platinium və Black Edition Miles kartları var. Aşağıdakı cədvəldə kartlar haqqında məlumat var.

azal miles

SW Bankın proqramı AZAL Miles loyallıq proqramına bağlı olduğu üçün, qazanılmış millər AZAL Miles hesabınıza yüklənir. Yüklənmə intervalı hər 100 milə görədir. Yəni kartla 100 millik əməliyyat edəndən sonra millər hesaba yüklənir. Siz millərlə bilet almaq üçün SW Banka yox, AZAL-a müraciət edəcəksiniz. Amma millərlə bileti tam yox, aviaşirkətin qoyduğu qiyməti əvəzləyə bilirsiniz, aeroport yığımı və vergi rüsumları ödəməlisiniz. Misal üçün, Bakı-Ankara-Bakı biletinin cəmi qiyməti 484 manatdırsa, onun 310 manatı AZAL-ın biletə qoyduğu qiymət, 174 AZN isə aeroport yığımı və vergi rüsumudur. Siz 1300 mil + 174 AZN ödəyərək Bakı-Ankara-Bakı biletini ala bilərdiniz. 1300 mili qazanmaq üçün Visa/Mastercard Gold kartınızla ən yaxşı halda 9100 AZN-lik əməliyyat etməlisiniz. AZAL-da ən çox mil tələb olunan uçuş isə Bakı-Nyu York-Bakı reysidir. Bu reys üçün 6400 mil + 250 AZN (aeroport yığımı və vergi rüsumu) tələb olunur. Qazanılmış millər hesabda 3 il qalır.

SW Bankın mənə görə zəif tərəfi filialların və cash in aparatlarının az olmasıdır.

AZAL Miles kartlarının əlavə üstünlükləri:

Platinium Kart istifadəçiləri şengen zonasına pulsuz sığorta və Bakı aeroportunda “Salam Lounge” zalından bir dəfəlik pulsuz istifadə qazanır.

Master Card Black Edition kartı istifadəçiləri isə, pulsuz “Priority Pass”, səyahət sığortası və Master Cardin xüsusi dəstək xidmətlərini əldə edir.

AZAL ilə hər uçuş mil qazandırır.

“AZAL Miles” haqqında bu linkdən ətraflı öyrənə bilərsiniz: https://www.banksilkway.az/az/for-life/plastic-cards/miles-kartlar/

Unimiles

unimiles

Unibankın Unimiles kartının 3 illik istifadə qiyməti 100 manatdır və kart alan kimi 1000 “welcome” bonusu verilir. AZAL Miles kartından fərqli olaraq burda prinsip bir az fərqlidir. Unibankın partnyor mağaza, dükan, kafe/restoran və s. iaşə obyektlərində Unimiles kartı ilə ödəniş edəndə daha çox bonus qazanırsınız, misal üçün partnyordan asılı olaraq 100 manatlıq ödənişə 1650 milə (bonusa) kimi qazana bilərsiniz, ortalama isə 250-500 mildir, amma qeyri partnyor ödənişlərində hər 100 AZN ödəniş üçün 10-50 mil verilir. Beləliklə, 500 manatlıq aviabileti almaq üçün hesabınızda 25000 mil olmalıdır. Amma bu 25000 mili qazanmaq üçün nə qədər pul xərclənilməsi lazım olduğunu dəqiq hesablamaq mümkün deyil.  Aviabileti kartınızdakı olan pulunuzla alırsınız, sonra bank sizin pulu karta qaytarıb mil hesabınızdan çıxır. Əlavə üstünlük kimi kartın pul qalığına  illik 3%-dək əlavə olunur, aeroporta pulsuz taksi, səyahət sığortası, pulsuz hesabdan çıxarış və bankdan məktub xidmətləri təqdim olunur. Nağdlaşdırma, pul köçürmələri, komunal, mobil ödənişlər, stasionar telefonlar, internet/TV xidmət ödənişləri, birja – Forex əməliyyatları, kredit üçün kartdan ödəniş olanda millər hesablanmır.

Unimiles haqqıda ətraflı: https://www.unibank.az/az/cards/view/41

Birkart Miles

card-miles

Kartın üç illik qiyməti 80 manatdır, MasterCard verilir. Bu kartda mil qazanma prosesi təxmini AZAL Miles kimidir. Yəni ödənişlərə müvafiq millər verilir. Millər aşağıdakı qaydada hesablanır.

birkar miles

Kartın əlavə üstünlüyü hər üç valyutada hesab təqdim olunması, hesab qalığına millərin hesablanmasıdır (illik 2%). “Birkart Miles” kartı ilə 500 manatlıq aviabilet almaq üçün hesabınızda 32500 mil olmalıdır. O milləri qazanmaq üçün ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 21666 AZN pul xərcləməlisiniz. Əvvəlcə aviabileti kartınızdakı vəsait hesabına alırsınız, sonra isə həmin məbləği müvafiq olaraq millərlə əvəz edirsiniz. Kart haqqında ətraflı: https://kapitalbank.az/cards/birkart-miles?hl=az

Uzun zamandır səyahət etməyimə baxmayaraq heç vaxt mil kartlarından istifadə etməmişdim. Aprel ayında turizm sərgisində AZAL-ın stendində latoreya qalibi oldum və SW Bankın Gold kartını aldım. ABŞ və Kanada səfərim öncəsi bu mənə yaxşı hədiyyə oldu, daha sonrakı xarici səfərlərdəki ödənişlər və AZAL ilə üç uçuş hesabıma yaxşı mil verdi, gələn yay 164 AZN ödəyib Pekinə gediş-gəliş bileti alacam. Ümumiyyətlə düşünürəm ki, mil kartı mütləq hansısa aviaşirkətlə əlaqəli, aviaşirkətin sadiqlik (loyalty) proqramının bir hissəsi olmalıdır. Əks halda bu sadə bonus kartından başqa bir şey deyil. Əlavə olaraq mil kartı debet yox, kredit kartı olmalıdır ki, daha çox istifadə olunsun. Əks halda məhsulun uğur tapması çətindir.

 

ps. Türk Hava Yollarının Miles&Smiles proqramı haqqında burdan oxuyun.

pss. Yazını bəyəndinizsə paylaşın 🙂

Bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

Youtube.com/AzarIsmayil
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s