Nyu Yorka ilk düşəndə burda hər şeyin turist üçün çox baha olduğunu düşünmüşdüm, haqlı idim, çünki orta statistik azərbaycanlı üçün bura başgicəlləndirəcək qədər bahalı yerdir. Amma bu bahalığın içində bir ucuz şey tapdım: Nyu York-Vaşinqton avtobus bileti. Bu biletə cəmi 7 dollar ödədim. Məsafə də az deyildi, 365 km, lap Bakıdan Gəncəyə kimi!
Megabus şirkəti Avropada olduğu kimi ABŞ-da da fəaliyyət göstərir və qiymətləri 1 dollardan başlayır. Bu səfər haqqında qısa video hazırlamışam.
bloqumu sosial mediada izləyin: Fb.com/Azikiss.Me Instagram.com/Azikiss.Me Youtube.com/AzarIsmayil