Dünyanın ən qısa beynəlxalq uçuşu haqqında yazacam sizə.
Bu uçuş Sint Maarten adasının Princess Juliana Beynəlxalq Aeroportundan (SXM) Anguilla adasının Clayton J. Lloyd Beynəlxalq Aeroportunadır (AXA). Sint Maarten Niderlandın adası, Anguilla isə Britaniyanın adasıdır. Bu ölkələr arasındakı uçuş cəmi 10-12 dəqiqə çəkir. Məsafə isə 19 km-dir.
Uçuşları Anguilla Air Services şirkəti 9 nəfərlik Britten-Norman BN-2 təyyarəsi ilə icra edir. Uçuşların bir tərəfə qiyməti 87-117$ arası dəyişir.
Bakıdan olan ən qısa beynəlxalq uçuşlar isə SCAT hava yollarının Bakı-Aktau (40 dəq) və Buta Airwaysin Bakı-Tiflis (50 dəq) reysidir.