KISS yoxsa FLIRT?!

Birinci KISS, sonra FLIRT.
Bu sizə nə deyir? Ağlınıza başqa şey gəlməsin. Bu Azərbaycan Dəmir Yolları QSC / Azerbaijan Railways CJSC-nin yeni sifariş verdiyi qatarın adıdır. KISS-dən fərqli olaraq FLIRT daha sürətlidir,

200 km/s qədər sürət yığa bilir və bir mərtəbəlidir. Stadler şirkətinin bu qatarı həm şəhərdaxili, yəni Abşeron yarımadası qəsəbə və şəhərlərinə, həm də Azəbaycanın rayonlarına istifadə ediləcək. On ədəd sifariş olunan qatarlar hər biri beş vaqondan ibarət olacaq və altısı elektriklə, dördü isə həm elektrik, həm də dizellə çalışacaq. Dizellə çalışan qatarlar böyük ehtimalla Bakı-Yevlax-Balakən istiqamətində işləyəcək, çünki Yevlax-Balakən marşrutunda elektrik ipləri yoxdur.

Stadler FLİRT qatarlarından Britaniya, Almaniya, Niderland və s. kimi Avropa ölkələrində, həmçinin Əlcəzair, ABŞ kimi ölkələrdə istifadə olunur. Bu qatarın ən uzun versiyası Britaniyada 12 vaqondan ibarət olanıdır. Qalan ölkələrdə 3-4-5 vaqonlu versiya istifadə olunur. Bu arada FLİRT siz bildiyiniz “flört” deyil, onun açıqlaması “Fast Light Intercity and Regional Train”-dir, yəni “Sürətli, Yüngül, Şəhərlər və Bölgələrarası Qatar”-dır.

Müqavilənin ümumi dəyəri 115 milyon avro təşkil edir. Qatarların ilkin çatdırılması 2022-ci ilə təsadüf edəcək.

mənbə: https://www.stadlerrail.com/media/pdf/2019_1127_medienmitteilung_ady_flirt_en.pdf

 

bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

Youtube.com/AzarIsmayil

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s