THY MİLLƏRİNİ BELƏ XƏRCLƏDİM..

Türk Hava Yollarının Miles&Smiles loyallıq proqramı haqqında daha öncə yazmışdım. Bu dəfə isə milləri biletə yox, başqa hədiyyələrə dəyişmək haqqında təcrübəmi yazacam.  Yeni il qabağı hesabımda təxmini 12 min mil var idi, noyabrın ortasında Miles&Smiles email göndərdi ki, 3200 mil-in istifadə müddəti üç il tamam olduğu üçün 31 dekabrda bitəcək, həmçinin də təklif etdilər ki,  bilet almağa, sinifi yüksəltməyə,  http://www.shopandmiles.com saytında alış-veriş etməyə xərcləmək olar. Əlavə olaraq ödəniş edib millərin istifadə müddətini artırmaq da mümkündür. Səyahətlə bağlı planlarım olmadığı üçün milləri http://www.shopandmiles.com saytında xərcləmək qərarına gəldim.

Sayta daxil olanda ilk olaraq ölkəni seçirsən. Burda ən yaxşı variant kimi Türkiyəni seçməyiniz sizə karqo və çeşid məsələsində daha əlverişli imkanlar təqdim edir. Sizcə millərə nə almaq olar biletdən başqa? cavabınızı təxmin edirəm: aviaşirkətin logolu breloku, qələmi, kitabçası, təyyarə maketi və s. THY-in http://www.shopandmiles.com saytında isə hər şey satılır! Məişət texnikasından tutmuş, skuterə kimi , geyimdən tutmuş, kosmetik vasitələrə kimi, uşaq oyuncağından tutmuş mobil telefona kimi!

Uzun axtarışdan sonra bir ədəd Tefal türk kofesi maşını, Damatdan qalstuk-dəsmal dəsti, Paşa üçün Pilsan puzzle maşın, Quiksilver papaq və THY breloku aldim 🙂 31 dekabrda sifariş elədim, 7 yanvarda artıq müştərisi olduğum karqo şirkətinin anbarına çatdırılmışdı, düzdür sifariş etdiklərimdən biri gəlib çıxmamışdı, amma yenə də yeni il ərəfəsində sürətli çatdırılma oldu. Aşağıdakı cədvəldə məhsullara sərf olunan millər və karqo qiyməti göstərilib.

shop and miles.PNG

Ümumilikdə aldıqlarımın ümumi dəyəri təxmini 110-120 manat idi. Saytda ən çox bəyəndiyim şeylərdən biri də qiyməti 1000 milə qədər çoxlu seçimin olması idi. Çünki min mili toplamaq olduqca asandır.

 

bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

Youtube.com/AzarIsmayil

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s