LoungeMe nədir?

Aeroportlarda gözləmək üçün iki növ zal var, biri ümumi zal, bir də biznes zal. Biznes zallar adətən ödənişli olur və qiymətə qidalanma, spirtli və spirtsiz içkilər, pulsuz internet və s. xidmətlər daxil olur. Bu zallarda dincəlmək müddəti də müxtəlifdir, amma ən azı iki saat olur.  Daha çox aeroportun “gedənlər”  hissəsində olsa da, “gələnlər” hissəsində də yerləşə bilər. İndiyə kimi müxtəlif aeroportların biznes zallarında olmuşam, bura Nyu Yorkda AirFrance-ın zalı, Tirana aeroportundakı zal, Bakı aeroportundakı Abşeron zalı və s. Sonuncu Tbilisi-Bakı uçuşumdan öncə Primeclass lounge-da oldum. Bu Tbilisi aeroportundakı yeganə biznes zalıdır. Giriş normalda 50 avro olsa da, LoungeMe tətbiqi ilə 27 avro ödəniş elib keçmək olar.

LoungeMe haqqında bir qədər sonra yazacam. İçəri çox sakit və rahat idi. Dizaynla bağlı ən çox sevdiyim Əli və Nino əsərinə həsr olunmuş rəsmlər oldu. Səhər çağı olduğu üçün yeməklər səhərə uyğun təqdim olunurdu. Primeclass lounge Tbilisi aeroportundan başqa dünyanın 30-a yaxın aeroportlarda da var.

LoungeMe tətbiqi özündə 500-dən çox biznes zala xüsusi qiymətlərlə daxil olmağı təşkil edən sistemdir. Aşağıdakı üç paket təqdim olunur.

loungeme.png

Əgər bu paketlərdən birini istəməyib tək giriş almaq niyyətindəsinizsə, yenə də aplikasiyadan ala bilərsiniz. Bu tətbiq ilə almağın üstünlüyü odur ki, sənədləşmə işini online edirsiniz, bu sizə lounge qeydiyyatından sürətli keçməyə imkan verəcək. Həmçinin tətbiqin mükafatlandırma proqramına ballar toplanacaq. Gələcəkdə bu ballar vasitəsi ilə pulsuz giriş qazanmaq imkanı verilir. Aplikasiya geolokasiyaya görə olduğunuz şəhərdəki lounge-ları və onların imkanlarını sizə göstərir. Ümumiyyətlə bir neçə LoungeMe kimi proqramlar var, bu gün isə bundan yazdım.

bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

Youtube.com/AzarIsmayil

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s