Təhlükəsiz uçuş təlimatı

COVID-19-la əlaqədar insanların kütləvi toplaşdığı yerlər, o cümlədən aeroportlar yuluxma təhlükəsi olan yerlərdəndir. Hazırda dünya üzrə aviareyslərin əsaslı hissəsi dayansa da, iyuldan etibarən yavaş-yavaş bərpa olunacaq və avqustun sonuna kimi uçuşların çoxalması gözlənilir. Buna baxmayaraq, pandemiya davam edir və virusa yoluxmaq riski var. Odur ki, aeroport və hava yollarının aldığı tədbirlərdən əlavə özünüz də uçuş zamanı öz təhlükəsizliyinizi qorumalısınız. Beləliklə, aşağıdakı tədbirləri görmək tövsiyyə olunur.

Uçuşdan qabaq

  • Uçuşa qeydiyyatı onlayn edin
  • Özünüzlə 2-3 maska götürün
  • 100 ml qabda spirt götürün
  • Pasport, smartfon və uçuş sənədlərsini saxlamaq üçün xüsusi zərf və ya çantada cib təyin edin. Daim o cibdə saxlayın. 

 

Aeroporta

  • Daxil olmazdan öncə maska taxın, əlinizi spirtləyin
  • Baqajınızı təhvil verəndən sonra əlinizi spirtləyin
  • Minik kartını xüsusi pasport üçün olan xüsusi cibdə saxlayın
  • Pasport nəzarətindən sonra əlinizi spirtləyin
  • Gözləmə zalında digər sərnişinlərlə 1-2 m məsafə saxlayın
  • Minik (boarding) başlayandan sonra minməyə tələsməyin, təyyarə sizi qoyub getməyəcək, yerinizdə də heç kim əyləşməyəcək 😊

Təyyarədə

  • Yerinizə əyləşəndən sonra əlinizi spirtləyin.
  • Uçuş müddətində maskanı çıxatmayın
  • Xüsusi zərurət olmasa təyyarənin tualetindən istifadə etməyin.

Uçuşdan sonra

  • Təyyarə enəndən sonra sakitliyi qoruyun, tələsməyin, sizi təyyarədə saxlamayacaqlar.
  • Pasport nəzarəti və baqajı alandan sonra əlinizi spirtləyin.
  • Aeroportu tərk edib açıq havaya çıxandan sonra maskanı çıxara bilərsiniz 😊

 

Qeyd olunan təlimata riayət etsəniz yoluxma riskiniz daha az olacaq.

bloqumu sosial mediada izləyin:

Fb.com/Azikiss.Me

Instagram.com/Azikiss.Me

Youtube.com/AzarIsmayil

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s