İyun ayının əvvəlindən etibarən İstanbul aeroportunda Covid19 PCR (yaxma) testi vermək imkanı yaradılıb. Əvvəlcə bu testin TƏBİB tərəfindən tanınmaması ilə bağlı məlumatlar yayılsa da, sonradan məsələ həllini müsbət yönə dəyişdi. Test vermək istəsəniz aşağıdakı məlumatlar sizə lazım olacaq:
📍 Yerləşmə: İstanbul aeroportunun Gələnlər bölməsi, aeroportta daxil olan kimi ən uzaq sol künc.
💲 Qiyməti: 250 TL (34 USD)
⏱ Nəticə: 5-8 saat sonra
📃 Nəticə almaq üsulu: Onlayn və kağız
📈 Onlayn nəticə: https://enabiz.gov.tr/PcrTestSonuc/Index
Gündüz vaxtı növbə olur, misal üçün mən saat 16:00-da gedəndə məndən qabaq 78 nəfər var idi. Axşam üstü növbə qısalır. Birinci qeydiyyata düşürsünüsüz, sonra ödəniş, sonra isə test verirsiniz. Ödəniş kart və nağd türk lirəsi ilə qəbul olunur. Onlayn nəticəbi PDF formatda mobil cihazınıza yükləyə bilərsiniz.
PS. Düzünü desəm testi elə formada götürürlər ki, viruslu şəxs belə neqativ nəticə ilə çıxar.
bloqumu sosial mediada izləyin:
Fb.com/Azikiss.Me
Instagram.com/Azikiss.Me
Youtube.com/AzarIsmayil