Lissabon qeydləri

2015-ci il idi, ikinci böyük Avropa səfərimdən öncə qərara gəldim ki, necə olur olsun, Portuqaliyaya getməliyəm, uşaqlıqdan o ölkənin aşiqi idim.

Əlqərəz, iyul ayının 5-i dostum Zaurla Kutaisidən Budapeştə, ordan Milana, ordan da Lissabona uçduq. Hər şey çox gözəl idi, hava, okean, təbiət, möhtəşəm arxitektura.

Bu postda 12 şəkil var. Hər şəkilin çəkildiyi yer haqda danışacağam.

• Birinci şəkil Lissabonun qərbində yerıəşən Kaskais (Cascais) şəhərciyində, Praia da Rainha, yəni kraliçanın çimərliyində çəkilib. Bu çimərlik Atlantik okeanın sahilində yerləşirdi və bu mənim ilk okean təcrübəm idi. Çöldə 30-32 dərəcə istiliyin olmağına baxmayaraq su çox soyuq idi. Zaurla su lövhəsi də kirələdik və xeyli əyləndik orda. Maraqlı bir şey də olmuşdu, okean olduğu üçün suda qabarma və çəkilmə var idi. Suya girəndən 20 dəqiqə sonra qayıtdıq və su qabarıb geyimlərimizi nəmləndirmişdi 🙂 Şəhərciyin özü isə çox abad və gözəl idi.

• İkinci və üçüncü şəkil Lissabonun zooparkında şəkilib. Mən adətən tarixi olan zooparkları ziyarət edirəm, bu da onlardan biri oldu. Bu zoopark 1884-cü ildə açılıv və illik 800 min ziyarətçisi olur. Ərazisi nəhəng idi. Ən xoşuma gələn aktivlik isə volyerlərin üstündən kanatla getməyimiz oldu.

• 4-cü şəkildə Arbil körpüsüdür. Bu körpü Kaliforniadakı Golden Gate-ə bənzəsə də ondan qısadır, Taqus çayının üzərindən keçməklə Lissabon və Almada şəhərlərini birləşdirir.

• Almadaya keçən kimi isə bizi İsa peyğəmbərin 25 metrlik heyrətamiz heykəli qarşıladı. Abidə çox böyükdür, müzey və kilsə kimi də fəaliyyət göstərir.

• Lissabon öz tramvayları ilə də məşhurdur və şəhərin hündür yerlərinə qalxmaq üçün ən rahat ictimai nəqliyyat məhz tramvaylardır. İlk dəfə 1873-cü ildə istifadəyə verilib və hazırda 26 km-dən ibarət 6 xətli yolda 63 tramvay fəaliyyət göstərir.

• Lissabon dəniz, çay və okeanla əhatələndiyi üçün balıq növlərindən boldur. Yerli insanlarla söhbətimizdə bizə sadrina balığını dadmağı tövsiyə etdilər, belə də etdik. Kiçik olan və qızardılmış bu balıqlar çox dadlı idi. Qəribə olan isə balığın içinin təmizlənməmiş qızardılmağı idi 🙂

• Sonuncu şəkil qaldığımız Lisbon Soul hosteldəndir. Bu hosteldən 4 gecə gecələdik. Olduqca təmiz və rahat idi. Böyük mətbəxi və avadanlıqları var idi. Hostelin içində evdə olduğu kimi ayaqqabısız gəzirdik 🙂

Lissabona və ümumiyətlə Portuqaliyaya mütləq getmək lazımdır. Həm çox baha deyil, həm də meşə, dağ, okean və heyrətamiz arxitekturalı şəhərlərin gözəl vəhdəti var.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s