AZAL təyyarə parkını yeniləmək istəyir

Azərbaycan Hava Yolları təyyarə parkını yeniləmək, modernləşdirmək niyyətindədir. Buta Airways-in təyyarələrini çıxsaq AZAL-ın donanmasına sonuncu dəfə yeni təyyarə 7 il qabaq daxil olub. Bu iki ədəd Boeing 787 Dreamliner-lər idi. Daha sonra Boeing korporasiyası ilə anlaşmaya görə 10 ədəd Boeing 737 Max təyyarəsi sifariş olunmuşdu, amma 2018 və 2019-cu illərdə bu təyyarələrlə baş verən qəzalar dan sonra AZAL bu sifarişini ləğv etdi. Sonra pandemiya başladı, ümumiyyətlə aviasiya sahəsində durğunluq oldu, təyyarələr demək olar ki uçmadı. Yalnız indi-indi bu sahə canlanmağa başlayıb. Böyük aviaşirlətlər öz əvvəlki uçuş sıxlıqlarını yavaş-yavaş bərpa edirlər. Milli aviadaşıyıcımız da Rusiya, Türkiyə və s. istiqamətlərdə uçuşlarını bərpa edib. Amma təyyarələr fiziki və mənəvi cəhətdən“yorulub”, düzdür, istismar müddətinin bitməsinə hələ çox var, amma aviaşirkətin nüfuzuna və rəqabətlilik qabiliyyətinə mənfi təsir edir. Azərbaycana uçan aviaşirkətlərin təyyarələrinin yaşlarına baxaq:

Türk Hava Yolları – 7 yaş

Aeroflot – 5.9 yaş

Qatar Airways – 7 yaş

Pegasus – 5.1 yaş

Lufthansa – 11 yaş

S7 – 9.6 yaş

Ural Airlines – 13.7 yaş

FlyDubai – 5.3 yaş

WizzAir – 5.7 yaş

Ukrayna Beynəlxalq Hava Yolları – 14 yaş

Siyahıdan göründüyü kimi, əksəriyyətinin yaşı 10-a kimidir. AZAL-ın təyyarələrinin isə orta yaxşı 14.3 il, Buta Airways-də isə 6 ilddi. Birlikdə hesablasaq 11.3 yaş edir. Yuxarıdakı göstəricilərlə müqayisədə Buta fərqlənməsə də, AZAL fərqlərnir. Amma bir məsələr də var ki, bu təyyarələrə Bakı aeroportunda mütəmadi olaraq texniki qulluq olunur, bu isə onların istismar müddətini uzadır. Buna bir misal deyim, Lufthansa transatlantik uçuşlarında yaşı 20 ildən çox olan 8 ədəd müxtəlif Boeing B747 təyyarəsini istismar edir. Amma bu təyyarələrə vaxtında qulluq olunduğu üçün həm texniki vəziyyəti, həm də salonun vəziyyəti yaxşıdır. Digər misaly, Ukrayna Beynəlxalq Hava Yolları vaxtilə Nyu York və Toronto reyslərinə 26 ilin  Boeing 767-300 təyyarəsini istifadə edirdi. Bu təyyarələr bütün texniki tələblərə cavab verdikləri üçün, aviaşirkət ABŞ və Kanadaya uçuşa lisenziya ala bilmişdi.

Ötən həftə AZAL-ın yaydığı iki mətbuat açıqlamasına görə rəhbərlik həm Boeing, həm də Airbus nümayəndələri ilə görüşüb. Müzakirələrə əsasən aviaşirlətin donanmasında olan Airbus 319 və Airbus 320 təyyarələrini ümumi sayı 20-dək 320neo və Airbus 321neo ilə, Airbus 340, Boeing 757 və Boeing 767 təyyarələrini isə ümumi sayı 9 ədəd Boeing 787 Dreaimliner ilə əvəzləməyi planlaşdırırlar. Müvafiq təklif hazırlandıqdan sonra “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq. Razılıq əldə olunsa təyyarələr 2030-u ilə kimi AZAL-a təhvil veriləcək.

Müzakirə olunan təyyarələr haqqında onu deyə bilərəm ki,

  • Airbus 320 neo təyyarəsi tək sinifli olsa, maksimum 195, iki sinifli olsa, təxmini 165 sərnişin tutumu olur. Maksimum uçuş müddəti isə 6500 km-dir.
  • Airbus 321neo təyyarəsi tək sinifli olsa, maksimum 244, iki sinifli olsa, təxmini 210 sərnişin tutumu olur. Maksimum uçuş müddəti isə 7400 km-dir.

Bu təyyarələr ilə həm Avropanın, həm də Asiyanın ən uzaq nöqtələrinə belə uçmaq olar. Eyni zamanda neo ailəsindən olan Airbus-lar yanacağa da qənaət edir, CO2 emissiyası isə daha aşağıdır.

787 Dreaimliner təyyarəsindən isə hazırda AZAL-ın parkında iki ədəd var. Bu geniş gövdəli hava gəmiləri təxmini 7 ildir ki, istifadə olunur. Əsasən uzaq və sərnişin axını sıx olan aeroportlara uçur. Sərnişin kimi üç dəfə Bakı-Nyu York reysində Dreamliner ilə uçmuşam, olduqca rahat və gözəl uçuş olmuşdu.

Əslində AZAL donanmasında olan təyyarələri hələ bir neçə il də istismar edə bilər, onsuz da yeniləri gələnə kimi edəcək. Amma təyyarə parkını yeniləməklə istismar xərclərinə xeyli qənaət edəcək.

Ümid edirəm ki, bu anlaşma baş tutacaq və milli aviadaşıyıcımız uçuş coğrafiyasını istədiyi kimi genişləndirəcək.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s